{category-title}

BİZİM TƏQVİM:23 iyunda baş vermiş tarixi hadisələr


Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə iyunun 23-ü Dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilir. Qeyd edək ki, BMT Baş Assambleyasının 2003-cü il 7 mart tarixli qərarı ilə 23 iyun Dünya Dövlət Qulluğu Günüdür.

Bu bayram dövlət qulluqçularının işinin qiymətləndirilməsi və gənclərin bu vacib sahədə karyera qurmağa marağının artırılmasını nəzərdə tutur. 

Bəs, iyunun 23-də dünyada daha hansı hadisələr baş verib?

1. 1888-ci ilin bu günü Fransanın Lill şəhərində yerli fəhlə-sosialistlər xor bayram mərasimində ilk dəfə “İnternacional” (Beynəlmiləl) marşını oxudular. Marşın bəstəkarı Pyer Degeyter, sözlərin müəllifi isə Ejen Pokyedir.

2. 1894-cü il 23 iyunda Parisdə keçirilən Beynəlxalq İdman Konqresində Fransanın ictimai xadimi Pyer de Kubertenin təşəbbüsü ilə müasir olimpiya hərəkatının rəhbər orqanı – Beynəlxalq Olimpiya Komitəsi yaradıldı. Elə həmin vaxt Beynəlxalq Olimpiya Komitəsi qərargahın İsveçrənin Lozanna şəhərində yerləşməsi barədə qərar qəbul etdi.

3. 23 iyun Ümumdünya Olimpiya Günüdür. 1967-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə hər ilin bu günü Olimpiya Günü kimi qeyd edilir.

4. 1918-ci il iyunun 23-də Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə alaraq Fətəli xan Xoyskinin rəhbərlik etdiyi İkinci Hökumət ölkədə Hərbi Vəziyyət elan etdi. Yenicə yaradılmış Qafqaz İslam Ordusuna tapşırıldı ki, Hərbi Vəziyyətə uyğun olaraq Daxili İşlər Nazirliyinin rəhbərliyi altında fəaliyyət planı hazırlasın.

O zaman Qafqaz İslam Ordusu Osmanlının 5-ci diviziyası və general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında təşkil edilmişdi. Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunda 18 minədək əsgər və zabit vardı ki, bunun 6000-i Osmanlı nizami ordusundan, 12 minə qədəri isə Azərbaycan hərbi hissələrindən ibarət idi.

5. 23 iyun 1920–ci ildə Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Cənubi Azərbaycan Milli Hökuməti 1920-ci ilin sentyabrında Şeyx Məhəmməd Xiyabaninin qətlə yetirilməsi ilə süqut edib.

6. 23 iyun 1941-ci ildə Türkiyə "Refah Şilebi faciəsi”lə sarsıldı. II Dünya Müharibəsindən əvvəl İngiltərədən sifariş verilən sualtı qayıq və qırıcı təyyarələri almaq üçün göndərilən heyəti aparan “Refah Şilebi” gəmisi Kiprdən naməlum sualtı qayıq tərəfindən batırıldı, 32 nəfər xilas edilsə də, 168 adam həyatını itirdi.

7. 2016-cı il 23 iyunda İngiltərədə keçirilən "Brexit" referendumunda seçicilərin 52 faizi Birləşmiş Krallığın Avropa İttifaqını tərk etməsi üçün səs verdi.

23 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Osmanlı imperiyasının böyük türk dənizçisi Turqut Rəis Malta mühasirəsi zamanı – 1565-ci ilin bu günündə həlak olub (1485-1565).

2. Tanınmış rus şairəsi Anna Axmatova 1889-cu il 23 iyunda dünyaya gəlib. Ədəbi fəaliyyətinin ilk dövründə akmeizmə meyl edib. Böyük Oktyabr İnqilabını qəbul etməyib. Müharibə illərində vətənpərvərlik ruhunda şeirlər yazıb. Onun şeirləri forma kamilliyi, ahəngdarlığı və dərin lirizmi ilə seçilir. “Qəhrəmansız poema” Anna Axmatova yaradıcılığının zirvəsi sayılır (1889-1966).

3. Türkiyəli yazar Əhməd Həmdi Tanpınar 23 iyun 1901-ci ildə dünyaya gəlib.

4. Azərbaycanlı şairə, tərcüməçi, Əməkdar mədəniyyət işçisi, Xalq şairi Nigar Rəfibəyli 23 iyun 1913-cü ildə anadan olub. Nigar Rəfibəyli Xalq şairi Rəsul Rzanın həyat yoldaşı və Xalq yazıçısı Anarın anasıdır.(Bizim.Media)

Son xəbərlər

Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Əli Əsədov Oljas Bektenovu təbrik edib

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq

Nepalda sel fəlakətində ölənlərin sayı 804-ə çatıb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var

Bütün xəbərlər