{category-title}

Regionların inkişafında növbəti hədəf nə olacaq? - TƏHLİL

 

Ölkənin ümumi iqtisadi inkişafında son 15 il ərzində regionların sosial-iqtisadi həyatında görülən işlər böyük rol oynayır. Belə ki, bilavasitə dövlətin və hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizin bölgələri sosial-iqtisadi cəhətdən çox böyük irəliləyiş əldə edib. Bu, regionların sosial-iqtisadi inkişafına dair ardıcıl olaraq 3 Dövlət Proqramının icrası nəticəsində əldə olunub. Onlardan sonuncusunun icrasına ötən il yekun vuruldu. Və artıq sayca 4-cü Dövlət Proqramının təsdiq edilməsi haqda Fərman imzalanıb.
Prezidentin 29 yanvar 2019-cu il tarixdə imzaladığı Fərmanda deyilir ki, regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Və regionların inkişafı sahəsində qəbul edilmiş, uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. 

Bu, həqiqətən də belədir. Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul istehsalı 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8, sənaye üzrə 2,6, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddət ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5, yoxsulluq səviyyəsi isə 5,1%-ə enib. Bütün bunlar, böyük müsbət nəticələrdir. 5 ilin ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulub və bu sərmayənin yarısını xarici investisiya təşkil edib. 

Onu da nəzərə almaq lazımdır ki, bu müddət ərzində əhali də artıb. Əhalinin sayı 1,6 milyon nəfər artıb. Yeni iş yerlərinin yaranması prosesi bunu üstələyib. Bayaq qeyd etdiyimiz kimi, keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri yaranıb. Bu, daimi prosesdir. Yəni, əhalinin sayı artmaqda davam edəcək. Odur ki, iş yerlərinin yaranması tendensiyası da buna uyğun davam etməlidir. Bunun üçünsə kənd təsərrüfatı, sənaye və iqtisadiyyatın digər sektorları durmadan inkişaf etməlidir. Elə, Azərbaycan hökumətinin və dövlətinin də çalışdığı və nail olmaq istədiyi məqsəd məhz budur. Regionlar daha da inkişaf etsin, bölgələrdə istehsal sahələrinin yaradılmasıyla yeni-yeni iş yerlərinin təşkili təmin olunsun, bütövlükdə ölkənin xarici bazar və müxtəlif xarakterli təsir və təzyiqlərdən iqtisadi təhlükəsizliyinə nail olunsun. 

İndiyədək həyata keçirilən üç Dövlət Proqramı nəticəsində bölgələrdə böyük və müasir infrastruktur yaranıb. Bu, olduqca vacib idi. İqtisadiyyatın istənilən sahəsində inkişafa nail olunması, emal və istehsal müəssisələrinin yaradılması üçün müvafiq infrastrukturun olması ən vacib şərtlərdən biridir. Bu baxımdan, indiyədək regionların qaz, elektrik enerjisi, avtomobil yolları və s. təminatı sahəsində böyük işlər görülüb, turizmin inkişafı üçün hər cür şərait yaradılıb. Yeri gəlmişkən, bəzi dairələr qeyd edirlər ki, son 15 il ərzində regionlara xərclənilən vəsaitlərin müqabilində heç də kifayət səviyyədə gəlirlilik əldə edilməyib, bölgələrin ümumi gəlirdə payı yenə az təşkil edir. Unudurlar ki, infrastruktur çox pul aparan və iqtisadiyyatın real sektoru kimi gəlir gətirən sahə deyil. Ona görə də, indi isə əsas diqqət regionlarda emal və istehsal sahələrinin inkişaf etdirilməsinə yönəlməlidir və yönəldiləcək də... 

Regionların sosial-iqtisadi inkişafına dair dördüncü proqramda qarşıya qoyulan əsas hədəf kənd təsərrüfatı ilə sənayenin inkişaf etdirilməsi olacaq. Bəli, prinsip etibarilə, infrastrukturla bağlı bütün əsas məsələlər həllini tapıb. Lakin dövlət başçısı qeyd etmişkən, bu proses davam etdiriləcək. 

Prezident İlham Əliyev bildirdi ki, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının tərkibi, əsasən, yerlərdən gələn xahişlər nəticəsində formalaşıb. "Mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla söhbətlərim bu sahədə gözəl bir ünsiyyət yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz vətəndaşların təklifləri əsasında reallaşıb",- deyə, dövlət başçısı qeyd edib. 

Təkrar edirəm ki, kənd təsərrüfatı və sənaye istehsalı dördüncü proqramda xüsusi yer tutur. Ümumiyyətlə, bundan sonra iqtisadiyyatın real sektoru, kənd təsərrüfatı, sənaye potensialının gücləndirilməsi əsas məsələlərdən biri olacaq. Bu baxımdan, fikrimcə, regionların inkişafı üçün əsas diqqət yetirilməli olan məsələlərdən biri məhz sırf yerli xammal əsasında istehsal müəssisələrinin yaradılmasından ibarət olmalıdır. 

Bəli, qeyd oluna bilər ki, regionlarda bir sıra emal müəssisələri, istehsal sahələri yaradılıb. Lakin bu müəssisələrin yerli aqrar istehsalçılarla əlaqəsi çox zəifdir və yaxud da, heç yoxdur. Belə ki, əgər bir rayonda emal müəssisəsi ola-ola yerli istehsalçı məhsulunu satmağa yer tapmırsa, demək, o müəssisə ilə istehsalçılar arasında koordinasiya yoxdur. Bu proses tələb olunan səviyyədə əldə edilməyib. Odur ki, düşünürəm, dördüncü proqram çərçivəsində istehsal və emal müəssisələri yaradılarkən yerli istehsalçılarla əlaqələndirməyə diqqət regionların bundan sonrakı inkişafında əsas vəzifəyə çevrilməlidir. 
AzVision.az 

Son xəbərlər

IDF 7 oktyabr hücumunun iştirakçılarından daha birinin öldürüldüyünü açıqlayıb

Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb

Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək

ABŞ Raul Kastronu ekstradisiya etməkdə israrlıdır

İlham Əliyev Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb

Prezident Şuşaya getdi - Fotolar

İlham Əliyev Efiopiyanın milli bayramı münasibətilə Abiy Əhməd Əlini təbrik edib

Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım edib

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edilib

Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur

Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək

İranın Təhlükəsizlik Şurasında ABŞ ilə dolayı təmasların davam etdiyi bildirilib

Naxçıvan Rəssamlar Birliyinə sədr seçilib

Qəbələdə bir küçədə qaz təchizatı dayandırılıb

Allahşükür Paşazadə: Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Prezidentin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib

Azərbaycanda Qurban bayramı qeyd edilir

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

Bütün xəbərlər