{category-title}

Regionların inkişafında yeni mərhələ: Yerli əhali iş yerləri ilə təmin ediləcək

 

Azərbaycanda regionların paytaxt səviyyəsində inkişafını təmin etmək üzrə proqramlar icra olunur. Bu proqramların tətbiqi ilk növbədə yeni iş yerlərinin yaradılması və ölkə üzrə bütün vətəndaşların sosial-iqtisadi vəziyyətinin stabilləşməsinə hesablanıb. Bu həm də əhali üçün gəlir mənbəyini təşkil edən müəssisələrin təkcə bir mərkəzdə toplanmasının qarşısını alır. Yəni, potensialı dəyərləndirilməmiş və ya istehsal prosesi zəif olan ərazilərdə biznesə təşviq edəcək mərkəzlərin yaradılması sadalanan prioritetlərin təşkilinə də təkan verəcək.

Aqropark və sənaye məhəllələrinin yaradılması dünya praktikasında...

Aqroparkların salınması inkişaf etmiş ölkələr tərəfindən artıq uzun illərdir ki, təbiq edilən praktikadır. Bununla da dövlət, biznesmen və fermerlərin qarşılıqlı əməkdaşlığı aqro-biznesin təşkilində stimul rolunu oynayır. Məhsulun istehsalı, yığımı və marketinqi vahid mərkəzdən tənzimlənir. Dövlət-özəl əməkdaşlığı fonunda investitiyaların cəlb edilməsi də intensivləşir.


Eləcə də, beynəlxalq müzakirələr zamanı sənaye məhəllələri sənayeləşmənin və regional inkişaf siyasətinin tətbiqində əsas vasitə olaraq qəbul edilib. Bu müxtəlif sənaye sahələri üzrə işçilərin eyni müəssisədə həmrəyliyini ortaya qoyması deməkdir ki, müvafiq praktikanın tətbiqi ilə daha məhsuldar işin ortaya qoyulduğu açıqlanıb.

Azərbaycan da inkişaf etmiş ölkələrin praktikasından istifadə edir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Hacıqabul rayonuna səfəri zamanı regionların inkişafının təmin edilməsinin əsas məqsədlərimiz sırasında olduğunu bir daha təsdiqləndi. Rayon üzrə iki aqroparkın - “Azərsun Şamaxı Aqropark” və  “Agro Dairy”nin təqdimatında iştirak edən Prezident İlham Əliyev bildirdi ki, bütövlükdə 50-yə yaxın aqroparkın yaradılması nəzərdə tutulur və onlardan bir çoxu artıq fəaliyyətdədir.

Onun sözlərinə görə, bütün ölkə üzrə aqroparklarda çalışanların sayı 7 mini ötüb və bunlar kəndlərdə yaşayan insanlar üçün iş yerləridir.

Bu cür aqroparkların və sənaye məhəllələrinin regionlarda fəaliyyəti kənd təsərrüfatının inkişafı və sənayeləşmə prosesinə təkan verməklə istehsalı artırmağa, daxili tələbatı tam şəkildə təmin etməyə, qeyri-neft sektoru üzrə fəaliyyəti stimullaşdırmağa, əhalinin rifah halının yaxşılaşdırılmasına şərait yaradır. Bununla da əhalinin böyük qismi yaşayış yerini tərk etmədən işlə təmin edilməklə ölkə iqtisadiyyatına faydasını artıracaq.

Böyük aqroparkların yaradılmasında əsas məqsəd ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı, kiçik fermer təsərrüfatlarına da dəstəyi ehtiva edir. Ən müasir aqrotexniki tədbirlərin tətbiqi ilə həm bol məhsul yetişdirilir və məhsuldarlıq artırılır, həm də kiçik biznes subyektləri daha əlverişli şərait yaradılır.  

Prezident İlham Əliyevin təsdiqlədiyi kimi Hacıqabul Sənaye Məhəlləsində yaradılan beş müəssisəyə on milyonlarla manat sərmayə qoyulub. Gələcəkdə sahibkar bura öz sərmayələrini yönəltməklə müasir səviyyəli məhsullar istehsal edə biləcəklər.

Digər regionlarda da sahibkarların biznes fəaliyyətlərini genişləndirməyə imkan verəcək sənaye məhəllələrinin yaradılması onlara müasir texnologiyalar əsasında məhsul çeşidlərini də artırmağa şərait yaradacaq.

Ölkə vətəndaşlarının böyük qismi iqtisadi dövriyyəyə cəlb olunacaq

Nəticədə hazırda regionlar üzrə icra olunan layihələr ümumilikdə cəmiyyət həyatına müsbət təsir edəcək, onlara yaşadıqları ərazi üzrə məşğulluğunu təmin etməklə gəlir əldə etmə imkanları yaradacaq. Bu həm də regionlarda yeni və müxtəlif sahələrin inkişafına da təkan verəcək. Bütün bunlar həm də regionun ümumi iqtisadi inkişafı ilə yanaşı sosial və mədəni inkişafına da təsir edəcək.

Göründüyü kimi hazırda regionların sosial-iqtisadi inkişafı proqramı plan üzrə davam etdirilir. Regionların inkişafını təmin edəcək konsepsiyaların Qarabağda da tətbiq edilməsi və müvafiq təsərrüfatların yaradılması gözlənilir.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritet”lərdə də dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin bərqərar edilməsində paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi xüsusilə diqqətdə saxlanılıb.

Uzunmüddətli dövrdə əsas məqsəd regionlarda inkişaf səviyyəsini paytaxtın inkişaf səviyyəsi ilə bərabərləşdirmək olacaq. Artıq regionlarda lazımi bütün iqtisadi və sosial infrastruktur formalaşdırılır.

Paytaxtla yanaşı regionlarda da böyük istehsal müəssisələrinin yaradılması, bu sahələrə, dolayısıyla regionlara investisiyaların cəlbinə də imkan verəcək. Bu ölkə üzrə işsizlik səviyyəsini minimuma endirməklə sosial rifah halının yaxşılaşdırılmasına, ölkə vətəndaşlarının böyük qisminin bütövlükdə iqtisadi dövriyyəyə cəlb olunmasını təmin edəcək.

Son xəbərlər

Alparslan Bayraktar: "Türkiyə Suriyaya elektrik enerjisi ixracını 2 dəfədən çox artırmağı hədəfləyir"

Mikayıl Cabbarov:" Azərbaycan-Suriya neft-qaz əməkdaşlığı investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına zəmin yaradacaq"

Azərbaycan nefti ucuzlaşıb

BDYPİ səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib

Ukraynanın XİN başçısı: Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Paşinyan Zəngəzur dəhlizi reallığını qəbul edir - Rusiyanın cəza mexanizmi işə düşür – ŞƏRH

Qazaxıstan Prezidenti ordunun döyüş potensialının artırılmasını tapşırıb

Üç rayon xəstəxanasına yeni direktorlar təyin edilib

Türkiyə parlamentinin PKK-nın tərk-silahı üzrə komissiyası avqustun 5-də işə başlayacaq

Prezident nekroloq imzaladı

Türkiyədə dəhşətli mədən qəzası - Fəhlələr dağıntı altında qalıb

Sabahın hava proqnozu açıqlanıb

Pezeşkian sabah Pakistana səfər edəcək

Xalq artisti Arif Babayev vəfat edib

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Çoxuşaqlı analarla bağlı AÇIQLAMA

İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir

Məhəmməd Fadila: "Suriyanın elektrik stansiyaları Azərbaycan qazını qəbul etməyə hazırdır"

Zəngəzurda yolayrıcında qalan İran – hakimiyyətdaxili ziddiyyətlərin təzahürü - ŞƏRH

Avqustun 6-dan MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi başlayır

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Naxçıvanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Bütün xəbərlər