{category-title}

Seçiciləri daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıram

 

 

70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Məşhur Məmmədov
- Məşhur müəllim, ölkəmizdə parlament seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsindəyik. Siz ölkəmizdə seçkiqabağı mühiti necə dəyərləndirirsiniz?

- İlk öncə mənə göstərilən yüksək etimada görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmaq üçün üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağam.

Ölkəmizdə seçkiqabağı mühitə gəlincə, deyə bilərəm ki, insanlarda seçki əhval-ruhiyyəsi yüksəkdir. Azərbaycan hüquqi-demokratik dövlətdir, ölkəmizdə mükəmməl seçki qanunvericiliyi mövcuddur. Seçki marafonunda kifayət qədər namizədin iştirak etməsi də parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğuna bir daha dəlalət edir.

Bütövlükdə, seçkilər ərəfəsində cəmiyyətimizdə siyasi fəallıq yüksəkdir. İnsanlar yenilikləri, islahatları dəstəkləyirlər. Ona görə də, budəfəki seçki aktivliyi, mən deyərdim ki, daha yüksəkdir. Azərbaycanda azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün dövlətimizin siyasi iradəsi ortadadır. Seçkilərin beynəlxlaq standartlara uyğun qaydada keçirilməsi üçün bütün tədbirlər həyata keçirilib. Namizədlər üçün bərabər imkanlar yaradılıb. Hesab edirəm ki, fevralın 9-da seçicilərimiz öz mövqelərini sərbəst şəkildə nümayiş etdirəcəklər.

- Qeyd etdiniz ki, insanlar həyata keçirilən islahatları dəstəkləyirlər. Bu baxımdan, parlament müstəvisində islahatların əhəmiyyəti nədən ibarətdir?

- Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələr üzrə dərin məzmunlu islahatlar həyata keçirilir. Təbii ki, bu islahatlar qanunvericilik sferasını da əhatə etməlidir. Ölkəmizdə aparılan islahatlar Azərbaycanın hərtərəfli inkişafına böyük təkan verir. Bu baxımdan, Azərbaycanda bir çox sahələrdə həyata keçirilən islahatların tamamlanması üçün ölkənin qanunverici orqanında da dəyişikliklərin aparılması zəruridir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində genişmiqyaslı tədbirlər həyata keçirilir. Son vaxtlar daha çox icra strukturlarında baş verən islahatlar bunun cəmiyyətin inkişafı üçün faydalı olduğunu sübuta yetirdi. Bu səbəbdən islahatların tamamlanması üçün qanunverici orqanda da dəyişikliklərin aparılması labüddür və zəruridir. Bu islahatlar yalnız ölkəmizin bundan sonrakı inkişafına xidmət edə bilər. Digər sahələrdə olan islahatların uğurla həyata keçirilməsi üçün Milli Məclis yeni tipli qanunlar qəbul etməlidir. Bu isə yenilənmiş parlamentin formalaşmasını reallığa çevirir. Ona görə də, parlament islahatları ölkəmiz üçün təbii qanunauyğunluqdur. Hesab edirəım ki, 9 fevral seçkilərindən sonra formalaşacaq yeni parlament üzərinə düşən bu missiyanı layiqincə yerinə yetirəcək.

- Hazırda respublikamızın regionları sosial-iqtisadi cəhətdən uğurla inkişaf edir. Sizin də deputatlığa namizədliyiniz 70 saylı Masallı şəhər seçki dairəsindən irəli sürülüb. İstərdik ki, Masallı rayonunun inkişafı ilə bağlı fikirlərinizi bildirəsiniz. Əgər deputat seçilsəniz bu bölgənin daha da inkişafı üçün hansı planlar, təkliflər irəli sürməyi düşünürsünüz?

- Ölkəmizin hərtərəfli inkişafı regionların timsalında özünü yüksək səviyyədə ifadə edir. İnkişaf nəticəsində Azərbaycanın regionları bu gün dünyanın turizm məkanlarına çevrilməkdədir. Hər il minlərlə, on minlərlə xarici turist Azərbaycanın bölgələrinə, son dərəcədə müasir və beynəlxalq standartlara cavab verən turizm məkanlarına axın etməkdədirlər.

Ümumiyyətlə, 2004-cü ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən regionlarin sosial-iqtisadi inkişafı Dövlət proqramları bütövlükdə ölkənin iqtisadi potensialının artırılmasında və əhalinin maddi rifah halının yaxşılaşmasında mühüm rol oynayır. Keçən 16 il ərzində üç dövlət proqramının icrası nəticəsində Azərbaycan iqtisadiyyatı 3 dəfədən artaraq dünya miqyasında rekord göstəriciyə imza atdı. Ölkənin dayanıqlı və inklüziv inkişafına nail olmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən aparılan geniş islahatlar paketi regionların inkişafına da mühüm təsir edir və görülən uğurlu işlərin davam etdirilməsi üçün qəbul edilən 4-cü Dövlət Proqramı da regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, bütövlükdə Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafının təmin edilməsi və əhalinin rifah halının daha da yaxşılaşması yönümündə hazırlanmış mühüm Dövlət proqramıdır.

Bu mənada, dövlət praqramları nəticəsində ötən illər ərzində Masallı rayonunda böyük quruculuq işləri həyata keçirilib. Görülən işlər həddindən artıq çoxdur. Masallı artıq respublikanın cənub bölgəsinin turizm mərkəzlərindən birinə çevrilib. Ötən illər ərzində rayonda yeni məktəblər, uşaq baxçaları, tibb ocaqları, digər sosial infrastrukturlar, istehsal müəssisələri və s. tikilib istifadəyə verilib. Eləcə də, rayonda kənd təsərrüfatının inkişafı üçün ciddi addımlar atılıb. Bu gün Masallıda elektrik enerjisi problemi yoxdur, yeni yollar çəkilib, su təminatı yaxşılaşıb, əhalinin təbii qazla təminatı isə 95 faizə çatdırılıb.

Qeyd edim ki, Bakı-Astara yolunun tikilib istifadəyə verilməsi bu regionun inkişafında hədsiz dərəcədə böyük rol oynayır. Hesab edirəm ki, bundan sonrakı dövrdə regionun inkişafı daha böyük vüsət alacaq. Artan iqtisadi gücümüz, aparılan islahatlar daha böyük işlərin görülməsinə vəsilə olacaq.

Əgər millət vəkili seçilərəmsə, mən Masallının daha da inkişafında fəal iştirak etməyə çalışacağam. Bununla bağlı, seçicilərimin bütün təklif və müraciətlərini reallaşdırmaq üçün səylərimi əsirgəməyəcəm. Düşünürəm ki, birgə səylərimizin Masallı rayonunun inkişafına öz töhfəsini verəcək.

- Məşhur müəllim, qarşıdan gələn parlament seçkilərində şansınızı necə dəyərləndirirsiniz? Ümumiyyətlə, seçicilərə nə deyərdiniz?

- Təbii ki, hər bir seçki demokratiyanın vacib elementlərindən biridir. Hər bir vətəndaş üçün səsvermə hüququ mühüm amildir. Çünki parlament məhz insanların səsi sayəsində formalaşır. Ona görə də, hər bir vətəndaş seçki hüquqdan istifadə etməlidir. Mən seçiciləri fevralın 9-da seçki məntəqələrinə gəlib layiq bildikləri namizədlərə səs verməyə çağırıram.

Mən seçiciləri Azərbaycanın bugünkü inkişafının təməlində dayanan Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram. Mən seçiciləri islahatların davamlı olmasına səs verməyə çağırıram. Bu islahatların davamlı olması üçün daha böyük güc sərf edən insanlara səs verməyə çağırıram.

Seçiciləri daha güclü Azərbaycan naminə seçkilərdə iştirak etməyə dəvət edirəm!

Son xəbərlər

SEPAH: İran səfirliklərinə hücum olarsa, bölgədəki İsrail səfirlikləri qanuni hədəf olacaq

Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib

Zelenski Türkiyəyə gedib

Rusiya Ukraynada Nikopol şəhərindəki bazara zərbə endirib: 5 ölü, 19 yaralı var

Sabah yağış yağacaq

SEPAH ABŞ-nin Ər-Riyaddakı səfirliyinə hücumla əlaqəsini təkzib edib

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək

Almaniya Orta Dəhlizin imkanlarını araşdırmaq üçün Azərbaycana biznes-missiya göndərəcək

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezident təqaüdü təyin edilib

"La nostra Gazzetta": Bakı şəhəri WUF13-ə tam hazırdır

Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı

Mədəniyyət Nazirliyində struktur dəyişikliyi olub, Aynur Kərimova sektor müdiri təyin edilib

Hikmət Hacıyev: Vətən müharibəsindən sonra 421 nəfər minadan zərər çəkib

Azərbaycanda elektrik nəqliyyatı üçün yeni qaydalar hazırlanır

AFFA-nın balansındakı stadion və məşq mərkəzlərinin saxlanılmasına 4 milyondan çox vəsait ayrılıb

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək

Azərbaycan neftinin qiyməti 140 dolları ötüb

Azərbaycan Kuboku: Bu gün "Turan Tovuz" – "Zirə" və "Sabah" – "Qarabağ" oyunları keçiriləcək

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Çexiya Baş nazirinin Azərbaycana səfərinin tarixi məlum olub

Bütün xəbərlər