{category-title}

Bakı Nəqliyyat Agentliyi nə iş görür? - GİLEY

 Yasamal rayonu Şərifzadə küçəsi, Azad Azərbaycan Televiziyasının (ATV) yanından İnşaatçılar metrosuna qədər yolda avtobus kartlarının yüklənməsi üçün aparat yoxdur.

Cebhe.info xəbər verir ki, bu barədə şikayət Sfera.az sayıtında yer alıb.

Sayt qeyd edir ki, bir neçə gün öncə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev problemin həlli əvəzinə maraqlı təklif verib: "Hər gün metro və avtobusdan istifadə edən vətəndaş birdəfəyə 20-25 manat balans vursa, bir ay ərzində kartı doldurmaq üçün daha başqa yerlərdə terminal axtarmaq məcburiyyətində qalmayacaq".

"Görünür, dövlətin onu təmin etdiyi maşında rahat şəkildə işə gedən xidmət rəhbəri unudur ki, elə sərnişinlər var ki, onlar yalnız karta gündəlik gediş balansı vururlar. Bu insanlar ölkənin aztəminatlı vətəndaşlarıdır. 5 nəfərlik bir ailənin ay ərzində birdəfəlik 100-120 manat karta balans vurması isə mümkünsüzdür. Görünən isə odur ki, nə həmkarımız Mais Ağayev, nə də bu qurumun rəhbərliyi öz işinin öhdəsindən gələ bilir. Parlament prospekti, Şəhidlər Xiyabanının qarşısından metronun Elmlər Akademiyasına qədər yolda heç bir terminal işləmir. İşə tələsən sərnişin terminal tapmaq üçün gün ərzində 2-3 kilometr yol qət etməlidir",- deyə sayt yazıb.

Mais Ağayev açıqlamasında avtobus dayanacaqlarında BakıKarta məxsus 51 ədəd, 188 ədəd isə "Milliön”ə aid ödəmə terminallarını olduğunu deyib. Amma BNA rəsmisi bunların necə faizinin işlək olmasını deməyib. Saytın araşdırması göstərib ki, avtobus dayanacaqlarında olan, amma işləməyən 71 ədəd "Milliön”ə aid ödəmə terminalı var. BakıKarta məxsus ödəmə terminallarından da böyük hissəsi işləmir: "Görünür, Mais Ağayev bu açıqlamanı verərkən yalnız qarşısındakı statistikanı nəzərdən keçirib. Bütün problemlər onu deməyə əsas verir ki, Bakı Nəqliyyat Agentliyi öz işinin öhdəsindən gələ bilmir".

Sayta açıqlamasında iqtisadçı-ekspert Samir İsmayıl bildirib ki, BNA-nın fəaliyyətinə, ümumiyyətlə, ehtiyac yoxdur: "Dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində ləğv olunmalı qurumlardan biri Bakı Nəqliyyat Agentliyidir (BNA). DYP, Dövlət Avtomobil Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziliyi olduğu halda, Nazirlər Kabinetinin yanında əlavə bir qrumun saxlanılması beşinci təkəri xatırladır”. 

Son xəbərlər

Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Əli Əsədov Oljas Bektenovu təbrik edib

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq

Nepalda sel fəlakətində ölənlərin sayı 804-ə çatıb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var

Bütün xəbərlər