{category-title}

101 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı

 Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 19 fevral tarixində keçiriləcək.

Komitədən Trend-ə verilən məlumata görə, budəfəki özəlləşdirmə hərracında iştirak etmək istəyənlərin ümumilikdə 101 dövlət əmlakı üzrə seçim etmək imkanı var. Özəlləşdirməyə çıxarılan əmlaklar kateqoriyasına, sahəsinə, ilkin hərrac qiymətinə və aid olduğu iqtisadi sahələrə görə müxtəlifdir. Belə ki, dövlət əmlaklarından 64-ü kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisələrinə mağazalar, restoranlar, yardımçı təsərrüfatlar, əmlak kompleksləri və digər obyektlər aiddir. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m arasındadır. Fəaliyyətinin bərpası və ya başqa iqtisadi sahə üzrə yenidən qurulması ilə investora yüksək gəlir qazandıra biləcək əmlaklardan biri paytaxtın Mərdəkan qəsəbəsindəki restorandır.

Adıçəkilən obyektin ümumi faydalı sahəsi 1743.9 kv.m-dir. Şəmkirdə yerləşən yun tədarükü məntəqəsinin ümumi faydalı sahəsi 3312 kv.m, torpaq sahəsi isə 63 min kv.m-ə yaxındır. Geniş torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılması dövlət əmlakının iqtisadi potensialını artıran göstəricilərdən biridir.

Fərqli xidmət sahələri üzrə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün uyğun imkanlar yaradan qeyri-yaşayış sahələrindən 5-i Sumqayıtda digərləri isə paytaxt rayonlarında yerləşir. Bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 14 kv.m və 1612 kv.m arasındadır. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış obyekti Yasamal rayonu, 613-cü məhəllə, M.Muxtarov küçəsindədir.

Dövlətə məxsus səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətləri quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir və digər sahələrə aiddir. Belə əmlaklar sırasında “Azinterservis”, “Sabirabad İnşaat Sənaye”, “Kürdəmir Quşçuluq” kimi səhmdar cəmiyyətləri var. Qeyd edək ki, budəfəki hərracda investorlar paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşən səhmdar cəmiyyətlərinin 30%-45%-lik səhm paketlərini özəlləşdirə bilər.
 

Son xəbərlər

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Əli Əsədov Oljas Bektenovu təbrik edib

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq

Nepalda sel fəlakətində ölənlərin sayı 804-ə çatıb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var

SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır

AAYDA vətəndaşlara müraciət edib

Bütün xəbərlər