{category-title}

Yeni doğulan qız uşaqlarına niyə bu adlar qoyulur: Yetər, Bəsti, Kifayət...

Azərbaycanda doğulan uşaqlara cinsə görə fərq qoyulması halları həmişə olub, indi də var. Bir çox ailələrdə belə bir tendensiya hökm sürür: ilk dünyaya gələn uşaq mütləq oğlan olsun, sonra qız da doğula bilər.

Təsadüfi deyil ki, ailələrdə oğlan uşaqlarının üstün tutulması bir çox hallarda hamiləliyin süni şəkildə pozulmasına gətirib çıxarır. Yəni ailədə əsasən kişinin, qayınana və qayınatanın istəyinə görə oğlan uşaqlarının ana bətnində saxlanılması, qız uşaqlarının isə məhv edilməsi halları yaşanıb, yaşanmaqdadır. Məhz bu səbəbdən BMT-nin Əhali Fondu Azərbaycan Respublikasını cins nisbətinin pozulduğu ölkələr siyasına daxil edib.

Dövlət Ststistika Komitəsinin məlumatına görə, 2024-cü il yanvar ayının 1-i vəziyyətinə Azərbaycanda əhalinin sayı 10 180 770 nəfərə çatıb. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Rəsmi məlumata görə, son 1 ildə doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz təşkil edib.

Müşahidələr göstərir ki, Azərbaycanda qız uşağı istəməyən ailərdə ya aborta əl atırlar, ya da Allaha əl açırlar.

Keçmiş zamanlarda qız uşağı doğulanda, onlara belə adlar qoyulurdu: Yetər, Qızyetər, Tamam, Qıztamam, Qızbəs, Kifayət, Bəsti, Qızqayıt və s.

Yəni qız uşaqlarına bu adları verən valideynlər dolayısı ilə Allahdan oğan istəyir, arzu edirdilər ki, bir, iki qız bəsdir, kifayətdir...

Bu tendensiya indi də davam edir.

Belə ki, Ədliyyə Nazirliyindən adlarla bağlı əldə etdiyimiz statistika da bunu təsdiqləyir.

Rəsmi statistikaya görə, son 5 ildə yeni doğulan 14 qız uşağına Tamam adı qoyulub.

Dünyaya yeni gələn 55 körpə qız isə valideynləri tərəfindən Bəsti adlandırılıb.

Son 5 ildə yeni doğulan 13 qız uşağına Yetər adı verilib.

Doğum haqqında şəhadətnaməsinə Kifayət adı yazılan körpələrin sayı isə daha çoxdur - 57 nəfər.

Qızyetər, Qızbəs, Qıztamam adları isə görünür daha köhnə olduğundan və müasir dövrlə uzlaşmadığından onlardan istifadə olunmayıb.(Modern)

Son xəbərlər

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Putin Hindistana getdi

ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ

Şuşada ifaçılıq mərkəzi tikiləcək

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH

Azərbaycan və İraq neft-qaz əməkdaşlığını müzakirə edib

Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb

Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Beynəlxalq Türk Akademiyasının prezidenti: Azərbaycan böyük alimləri ilə fəxr etməlidir

Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib

Ermənistanda məcburi hərbi xidmət müddətini qısaltmaq təklif olunub

23 nəfəri daşıyan mikroavtobus kanala aşdı

KİV: İtaliya tərəddüdlərdən sonra Ukrayna ilə bağlı siyasətini dəyişib

“Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

"Dövlət xidmətləri haqqında" qanun təsdiqlənib

NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Azərbaycana səfər edib

"Sabah" Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb

Türkiyə, Azərbaycan, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi keçirilib

KİV: Ermənistanda Pakistanın səfirliyi açılacaq

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət veriləcək

KİV: Rusiyada “Drujba” neft kəməri yenidən partladılıb

Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq

Bütün xəbərlər