{category-title}

365 gün əvvəl, saat 04:17... - Görüntülər

Türkiyədə baş verən 7,8 və 7,5 bal gücündə iki zəlzələnin on minlərlə insanın həyatına son qoymasından 1 il ötür. Türkiyənin Kahramanmaraş, Adıyaman, Hatay, Malatya, Qaziantep, Adana, Kilis, Osmaniye, Diyarbəkir, Şanlıurfa, Elazığ rayonlarını əhatə edən şiddətli zəlzələ nəticəsində şəhər və qəsəbələr yer üzündən silindi, 50 mindən çox insan həyatını itirdi.

Həmin gecəki hadisə barədə geniş məlumatı təqdim edirik:

Əsrin fəlakəti olaraq qəbul edilən iki zəlzələ 11 əyalətə və 14 milyon çox əhaliyə təsir etdi. 

Zaman dayanmışdı, amma dəhşət davam edirdi...

Saat 04:17 - ilk zəlzələ... Cəmi 9 saat sonra isə daha bir 7,6 bal gücündə mərkəzi Elbistan olan zəlzələ baş verdi.

500 atom bombası gücündəki zəlzələlər 120 min kvadrat kilometr ərazidə təsirli oldu. Başqa sözlə, dağıntı dünyanın 90 ölkəsindən böyük arealı əhatə etdi. 

Təpələr birləşdi, kəndlər ikiyə bölündü...

Yeraltı təkanlar o qədər güclü oldu ki, evlər, obyektlər, yollar, kəndlər dağıldı, daha əvvəl heç vaxt şahidi olunmayan görüntülər ortaya çıxdı. Belə ki, Hatayda 400 metr uzunluğunda nəhəng çat yarandı. Qaziantepdə iki təpə birləşdi, Nurdağı Gökçedere kəndi isə ikiyə bölündü. Kahramanmaraşın Çiğli kəndi 6 metr yarım, Değirmenkaya kəndi isə 6 metr sürüşərək yerini dəyişdi.

Ümumilikdə 105 saniyə ərzində davam edən zəlzələdə 53 min 537 nəfər həyatını itirdi, 107 min nəfər isə yaralandı. 

Təxminən 40 min bina dağıldı, 200 mindən çox binaya ciddi ziyan dəydi, şəhərlər isə daş qalaqlarına çevrildi.  Bu qalaqların altında qalanlar üçün zamanla yarış başladı...

Axtarış-xilasetmə qrupları - AFAD, UMKE, əsgərlər, jandarma, polis, mədənçilər, səhiyyə işçiləri və minlərlə könüllü bölgəyə səfərbər oldu. Beynəlxalq yardımın daxil olduğu 4-cü səviyyəli xəbərdarlıqdan sonra 90 ölkədən axtarış-xilasetmə qrupları -  200 mindən çox personal zəlzələ bölgəsinə yollandı.

Nəticədə 1 yaş yarım Sela, 6 aylıq Yiğit, İnci, Asya, Masal... Zəlzələnin 11-ci günü dağıntılar altından çıxarılan Aleyna Ölməz...

Zəlzələdən dərhal sonra fəlakət qurbanları üçün müvəqqəti sığınacaqlar və konteynerlər yaradıldı. Belə ki, 645 min çadır 2,5 milyon insanın evinə çevrildi. 80 gün sonra isə zəlzələdən zərərçəkənlər yeni tikilmiş kənd evlərində məskunlaşdılar.(Qafqazinfo)

Son xəbərlər

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Putin Hindistana getdi

ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ

Şuşada ifaçılıq mərkəzi tikiləcək

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH

Azərbaycan və İraq neft-qaz əməkdaşlığını müzakirə edib

Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb

Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Beynəlxalq Türk Akademiyasının prezidenti: Azərbaycan böyük alimləri ilə fəxr etməlidir

Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib

Ermənistanda məcburi hərbi xidmət müddətini qısaltmaq təklif olunub

23 nəfəri daşıyan mikroavtobus kanala aşdı

KİV: İtaliya tərəddüdlərdən sonra Ukrayna ilə bağlı siyasətini dəyişib

“Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

"Dövlət xidmətləri haqqında" qanun təsdiqlənib

NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Azərbaycana səfər edib

"Sabah" Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb

Türkiyə, Azərbaycan, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi keçirilib

KİV: Ermənistanda Pakistanın səfirliyi açılacaq

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət veriləcək

KİV: Rusiyada “Drujba” neft kəməri yenidən partladılıb

Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq

Bütün xəbərlər