{category-title}

Qasımov Ramin

Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi 

 

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixdə ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Cəmiyyətin avanqard qüvvəsi olan   Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyi irəli sürüldü və yekdilliklə qəbul olundu. Bu qərar, eyni zamanda, xalqın Prezidentinə inamının, istəyinin təqdimatı oldu. 20 ildə verdiyi hər bir vədi konkret əməli fəaliyyəti ilə doğruldan cənab İlham Əliyevə xalqın sevgisi, inamı sonsuzdur. Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada və işğaldan azad edilən bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Xankəndidə Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə hərbi parad keçirildi. Qarabağın tacı Şuşa iqtisadi, siyasi, diplomatik mərkəzə çevrilib.  Ağdam və Zəngilan Azərbaycan Milli Şəhərsalma Forumlarına ev sahibliyi etməklə ölkəmizin təkmil şəhərsalma təcrübəsini dünyaya təqdim edib. Şuşada “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsi bərpa edilib. Bu kimi qürur duyacaq məqamları, hadisələri xeyli sayda sadalaya bilərik. Tarixi sahibinə qovuşan torpaqlarımız quruculuq meydanına çevrilib. Bütün bunlar Ümummillii Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təmələ söykənərək cənab İlham Əliyevin apardığı təkmil, dövrün, zamanın tələblərinə uyğun islahatların  nəticəsidir. Növbədənkənar prezident seçkiləri, cənab İlham Əliyevin Prezidentliyə namizədliyi Azərbaycanın yalnız 2018-ci il prezident seçkilərindən sonrakı dövrün deyil, ümumilikdə son 20 ilin reallıqlarına söykənir. Bu baxımdan ki, ölkədə keçirilən hər bir seçki prosesi ötən dövrün uğurları fonunda gələcək illərin hədəflərini müəyyənləşdirməyə əsas verir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində Heydər Əliyev siyasətinin davam etdirilməsini vacib amil kimi önə çəkərək bugünkü uğurlarımızın əsasını qoydu.  Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını bildirmişdir. Belə bir əminliyi də ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi işləri, planları xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə cənab İlham Əliyev axıra çatdıra biləcək. Son 20 ilin uğurları dövlət başçısı İlham Əliyevin bu etimadı yüksək səviyyədə doğrultduğunu, xalqın seçimində heç zaman yanılmadığını təsdiqləyir.

Prezident İlham Əliyev son 20 ildə Azərbaycanın strateji inkişaf konsepsiyasını hazırladı və uğurla həyata keçirir. O, torpaqlarımızın 30 il davam edən işğalına son qoyaraq Azərbaycanın ən böyük problemini həll etdi. Dövlət başçısı İlham Əliyev adını çoxəsrlik dövlətçilik tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı. O, keçmiş ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaratdı, güclü və müstəqil Azərbaycan naminə çalışdı. Bununla da xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazanaraq liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının qəlbində özünə əbədi yer qazandı.

Cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi vaxtdan ötən 20 il zaman baxımından qısa dövr olsa da uğurların, Azərbaycanın təqdimatına edilən əlavələrin miqyası baxımından zəngin dövrdür. 20 ildə bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq ərazi bütövlüyümüz bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Əvvəldə də qeyd etdiyimiz kimi 2023-cü il Azərbaycan tarixinə növbəti Zəfər səhifəsini yazdı. Belə ki, sentyabrın 19-da rəşadətli Ordumuzun həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam təmin edildi.  Bu gün ölkədə geniş müzakirə olunan, Azərbaycanın gələcək inkişafı üçün müəyyənləşdirilən hədəfləri açıqlayan növbədənkənar prezident seçkiləri də ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasından irəli gəlir. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini tam əhatə edəcək seçkilər keçiriləcək. Bu seçkilər, eyni zamanda, Zəfər seçkiləri kimi dəyərləndirilir. Tarixi Zəfərimizə və onun yaratdığı reallıqlara söykənən bu mühüm addım 20 ilin uğurları fonunda gələcəyə hansı hədəflərlə getdiyimizi bir daha nümayiş etdirir. Əsas hədəfimiz Böyük Qayıdış proqramının icrasının uğurla başa çatması və soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışıdır. Hazırda bu torpaqlarda görülən genişmiqyaslı bərpa-quruculuq işləri, reallaşan mərhələ-mərhələ qayıdış prosesi də cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin böyük iqtisadi və maliyyə imkanlarına malik olmasının təqdimatıdır. Xalqımız 7 fevral 2024-cü il prezident seçkilərində fəal iştirak edərək artıq özündə müəyyənləşdirdiyi seçimini təsdiqləyəcək, cənab İlham Əliyev növbəti qələbəsini təmin etməklə Azərbaycanı daha möhtəşəm uğurlara doğru aparacaq.

Son xəbərlər

Prezidentin xüsusi nümayəndəliyi Xankəndidə restoranı icarəyə götürmüş vətəndaşın iddialarına cavab verib

Nazir: İran Vaşinqtonla nüvə proqramı ilə bağlı danışıqlarda razılaşma əldə bilər

Prezidentdən 1,5 milyonluq - Sərəncam

QMİ sədri: Erməni kilsəsi öz xalqını növbəti təhlükələrə və fəlakətlərə sürükləyir

Həbsdə olan tiktoker ev dustaqlığına buraxılıb

Tramp administrasiyası xaricdəki bütün USAID nümayəndəliklərinin ləğvinə qərar verib

Mayın 25-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib

Xəstəxanada oksigen balonu yandı - Xəstələr təxliyə edildi

Azərbaycanlı diplomat evində ölü tapıldı

Anar Cəbrayıllı yeni vəzifəyə TƏYİN OLUNDU

Şəmkirdə maşın aşdı - Ölən və xəsarət alan var

DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti çağırış edir

Azərbaycan və Özbəkistan pambıq klasteri layihəsi çərçivəsində əkin sahələrini 3 dəfə artıracaq

Azərbaycan Özbəkistanda ticarət nümayəndəliyi açacaq

Azərbaycan XTQ-də dörd ölkə ilə birgə xüsusi təyinatlıların təliminə hazırlıq müzakirə edilib

BİZİM TƏQVİM: 11 iyunda baş vermiş tarixi hadisələr

Xarkovun kütləvi hücumu zamanı yaralananların sayı 50-ni keçib, iki nəfər ölüb – YENİLƏNİB

Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”

Ermənistanda seçki hazırlığı: Paşinyanın rəqiblərə və “beşinci kolona” davam edən hücumu - ŞƏRH

Baş nazir: Azərbaycan və Özbəkistan müxtəlif sahələrdə bir sıra perspektivli layihələri nəzərdən keçirir

Azərbaycanın sərbəst güləşçiləri Batumidə təlim-məşq toplanışına qatılıblar

Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymət müəyyənləşdirilir

Bayram günlərində təcili tibbi yardım xidmətinə 8 minədək müraciət daxil olub

Zelenski: Ukrayna ayda 27 minə qədər insanı səfərbər edə bilər

Bütün xəbərlər