Qələndər Canbaxışov

Tibb Elimləri doktoru,professor Travmatoloq-ortoped

 

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixdə ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Cəmiyyətin avanqard qüvvəsi olan   Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyi irəli sürüldü və yekdilliklə qəbul olundu. Bu qərar, eyni zamanda, xalqın Prezidentinə inamının, istəyinin təqdimatı oldu. 20 ildə verdiyi hər bir vədi konkret əməli fəaliyyəti ilə doğruldan cənab İlham Əliyevə xalqın sevgisi, inamı sonsuzdur. Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada və işğaldan azad edilən bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Xankəndidə Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə hərbi parad keçirildi. Qarabağın tacı Şuşa iqtisadi, siyasi, diplomatik mərkəzə çevrilib.  Ağdam və Zəngilan Azərbaycan Milli Şəhərsalma Forumlarına ev sahibliyi etməklə ölkəmizin təkmil şəhərsalma təcrübəsini dünyaya təqdim edib. Şuşada “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsi bərpa edilib. Bu kimi qürur duyacaq məqamları, hadisələri xeyli sayda sadalaya bilərik. Tarixi sahibinə qovuşan torpaqlarımız quruculuq meydanına çevrilib. Bütün bunlar Ümummillii Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təmələ söykənərək cənab İlham Əliyevin apardığı təkmil, dövrün, zamanın tələblərinə uyğun islahatların  nəticəsidir. Növbədənkənar prezident seçkiləri, cənab İlham Əliyevin Prezidentliyə namizədliyi Azərbaycanın yalnız 2018-ci il prezident seçkilərindən sonrakı dövrün deyil, ümumilikdə son 20 ilin reallıqlarına söykənir. Bu baxımdan ki, ölkədə keçirilən hər bir seçki prosesi ötən dövrün uğurları fonunda gələcək illərin hədəflərini müəyyənləşdirməyə əsas verir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində Heydər Əliyev siyasətinin davam etdirilməsini vacib amil kimi önə çəkərək bugünkü uğurlarımızın əsasını qoydu.  Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını bildirmişdir. Belə bir əminliyi də ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi işləri, planları xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə cənab İlham Əliyev axıra çatdıra biləcək. Son 20 ilin uğurları dövlət başçısı İlham Əliyevin bu etimadı yüksək səviyyədə doğrultduğunu, xalqın seçimində heç zaman yanılmadığını təsdiqləyir.

Prezident İlham Əliyev son 20 ildə Azərbaycanın strateji inkişaf konsepsiyasını hazırladı və uğurla həyata keçirir. O, torpaqlarımızın 30 il davam edən işğalına son qoyaraq Azərbaycanın ən böyük problemini həll etdi. Dövlət başçısı İlham Əliyev adını çoxəsrlik dövlətçilik tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı. O, keçmiş ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaratdı, güclü və müstəqil Azərbaycan naminə çalışdı. Bununla da xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazanaraq liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının qəlbində özünə əbədi yer qazandı.

Cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi vaxtdan ötən 20 il zaman baxımından qısa dövr olsa da uğurların, Azərbaycanın təqdimatına edilən əlavələrin miqyası baxımından zəngin dövrdür. 20 ildə bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq ərazi bütövlüyümüz bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Əvvəldə də qeyd etdiyimiz kimi 2023-cü il Azərbaycan tarixinə növbəti Zəfər səhifəsini yazdı. Belə ki, sentyabrın 19-da rəşadətli Ordumuzun həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam təmin edildi.  Bu gün ölkədə geniş müzakirə olunan, Azərbaycanın gələcək inkişafı üçün müəyyənləşdirilən hədəfləri açıqlayan növbədənkənar prezident seçkiləri də ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasından irəli gəlir. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini tam əhatə edəcək seçkilər keçiriləcək. Bu seçkilər, eyni zamanda, Zəfər seçkiləri kimi dəyərləndirilir. Tarixi Zəfərimizə və onun yaratdığı reallıqlara söykənən bu mühüm addım 20 ilin uğurları fonunda gələcəyə hansı hədəflərlə getdiyimizi bir daha nümayiş etdirir. Əsas hədəfimiz Böyük Qayıdış proqramının icrasının uğurla başa çatması və soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışıdır. Hazırda bu torpaqlarda görülən genişmiqyaslı bərpa-quruculuq işləri, reallaşan mərhələ-mərhələ qayıdış prosesi də cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin böyük iqtisadi və maliyyə imkanlarına malik olmasının təqdimatıdır. Xalqımız 7 fevral 2024-cü il prezident seçkilərində fəal iştirak edərək artıq özündə müəyyənləşdirdiyi seçimini təsdiqləyəcək, cənab İlham Əliyev növbəti qələbəsini təmin etməklə Azərbaycanı daha möhtəşəm uğurlara doğru aparacaq.

Son xəbərlər

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Xəzər dənizində zəlzələ olub

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

Bütün xəbərlər