{category-title}

Növbədənkənar prezident seçkilərinin keçirilməsi Heydər Əliyev yolunun uğurlarının təqdimatı olacaq

 

 “12 dekabr müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Xalqımız dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini daim uca tutur və minnətdarlıqla anır. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu reallığı böyük əminliklə qeyd edir ki, Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycanlı adlı dövlətin varlığından danışmaq mümkün olmazdı.  Azərbaycana müstəqilliyinin bərpasının ilk illərində səriştəsiz, idarəçilik qabiliyyəti olmayan ünsürlərin rəhbərlik etməsi ölkəmizi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin illərdə Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi torpaqlarımızın işğalına səbəb oldu. Belə bir çətin dövrdə  ölkəni xilas edəcək Liderə ehtiyacı var idi. Xalq təkidlə  zəngin idarəçilik təcrübəsinə malik olan, torpağını, xalqını, Vətənini canından artıq sevən Ümummilli Lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ən çətin anlarında xalqının, dövlətinin yanında olan dahi şəxsiyyət Heydər Əliyev ölkəsinin düşdüyü ağır vəziyyətə laqeyd ola bilməzdi. O, xalqın səsinə səs verdi, 1993-cü il 9 iyun tarixində Naxçıvandan Bakıya gəldi. Bu gəliş Azərbaycanın düşdüyü ağır vəziyyətdən xilası, tərəqqi, inkişaf yolunun başlanğıcı oldu.    Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi  fenomen şəxsiyyət Heydər Əliyevin tarixi xidmətləridir. Ümummilli Lider Azərbaycanı necə görmək istədiyini açıqlamaqla yanaşı, arzusunu reallaşdırmaq üçün biri-birindən əhəmiyyətli addımlar atdı.  Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışının ilk günündən belə bir inamı da ifadə etmişdir ki, bu çətin günləri keçib gedəcəyik, hər kəs belə qüdrətli, güclü Azərbaycanın vətəndaşı olması ilə qürur duyacaq. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, müasir müstəqil, güclü, qüdrətli, qalib Azərbaycan hər birimizin qürur mənbəyidir. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Vətənimizin bu günü və gələcəyi üçün çalışır.”

   Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Əliabbas Salahzadə qeyd edib ki, cəmiyyətdə insanları öz ardınca apara bilən Liderə ehtiyac  ən taleyüklü mərhələlərdə yaranır: “Siyasi arenada dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyi, vaxtında və düzgün qərarlar qəbul edərək, onların icrasına dair qətiyyətli addımlar ataraq tarixi bir missiyanı yerinə yetirməyi bacaran şəxsiyyətlər xalqın əsl liderinə və siyasi fenomenə çevrilirlər. Fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik  tarixin bizə bəxş etdiyi mili sərvətdir. Onu qorumaq hər bir azərbaycanlının vəzifəsidir.”

    Millət vəkili son 20 ildə Prezident İlham Əliyevin  Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsindən və bunun nəticəsi olaraq qazanılan uğurlardan danışıb: “44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər  Prezident İlham Əliyevin rəhbərliyi, düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların, güclü dövləti xarakterizə edən bütün amillərin  üzvi bağlılığının məntiqi nəticəsi oldu.  Bu Qələbə bir daha göstərdi ki, milli maraqları hər şeydən uca tutan Liderin ətrafında sıx birləşmiş xalq bütün dünyaya öz sözünü deməyə, beynəlxalq münasibətlərdə formalaşmış stereotipləri sındırmağa və düşməni diz çökdürərək tarixi ədaləti bərpa etməyə qadirdir. Cənab İlham Əliyev keçmiş ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaradıb, güclü və müstəqil Azərbaycan naminə çalışır. Bununla da xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazanaraq liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının qəlbində özünə əbədi yer edib. Onun əsas istinad nöqtəsi Azərbaycan xalqının ən böyük  nailiyyəti olan müstəqillikdir.”

  Əliabbas Salahzadə vurğulayıb ki, xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq İlham Əliyevin həyat fəlsəfəsidir: “2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram” söyləyərək bu çağırışı da etmişdir ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Dövlət başçısı İlham Əliyev, eyni zamanda, Heydər Əliyev yolu ilə yeni qələbələrə doğru gedəcəyinə əminliyini ifadə etmişdir.”

 Millət vəkili onu da bildirib ki, tarixi Zəfərimizdən üç il sonra Müzəffər Ali Baş Komandan İlham ƏliyevinAzərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə dalğalandırması tariximizin qürurverici hadisələrindəndir:“Onun ardınca Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Xankəndi şəhərində hərbi parad keçirildi. Dövlət başçısı İlham Əliyev bu gün Azərbaycanı Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycan səviyyəsində dünyaya təqdim edir. Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edərək tarixinin Zəfər səhifəsini yazdığı üçün sevinclidir, qürurludur. Hazırda Qarabağımız və Şərqi Zəngəzurumuz bərpa-quruculuq işləri ilə paralel olaraq soydaşlarımızın bu məkanlara qayıdışına görə  diqqətdədir.”

   Əliabbas Salahzadə qeyd edib ki, hər dövrün öz tələbi vardır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası yeni reallıqları yaradıb: “Dövlət başçısı İlham Əliyevin 2024-cü il 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncamı hazırkı dövrün bütün çağırışlarını özündə ehtiva edir. O da məlumdur ki, 2030-cu ilə qədərki dövrü əhatə edən Milli Prioritetlər təsdiqlənib. Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunanan siyasi təcrübədir. Azərbaycan daim yeniliklərə, dünya təcrübəsinə istinad etməyə böyük maraq göstərir. Növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı imzalanan sənəd də bunun bariz nümunəsidir. Bu seçkilər Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir uğur səhifəsini yazacaq. Xalqımız bu mühüm addımı rəğbətlə qarşılayır. Heç şübhəsiz ki, 7 fevral 2024-cü il növbədənknar prezident seçkiləri Heydər Əliyev siyasətinin növbəti qələbəsi ilə tarixə yazılacaq. Azərbaycan möhtəşəm zəfərlərə doğru daha böyük inamla addımlayacaq.”

 

Son xəbərlər

Prezidentin xüsusi nümayəndəliyi Xankəndidə restoranı icarəyə götürmüş vətəndaşın iddialarına cavab verib

Nazir: İran Vaşinqtonla nüvə proqramı ilə bağlı danışıqlarda razılaşma əldə bilər

Prezidentdən 1,5 milyonluq - Sərəncam

QMİ sədri: Erməni kilsəsi öz xalqını növbəti təhlükələrə və fəlakətlərə sürükləyir

Həbsdə olan tiktoker ev dustaqlığına buraxılıb

Tramp administrasiyası xaricdəki bütün USAID nümayəndəliklərinin ləğvinə qərar verib

Mayın 25-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib

Xəstəxanada oksigen balonu yandı - Xəstələr təxliyə edildi

Azərbaycanlı diplomat evində ölü tapıldı

Anar Cəbrayıllı yeni vəzifəyə TƏYİN OLUNDU

Şəmkirdə maşın aşdı - Ölən və xəsarət alan var

DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti çağırış edir

Azərbaycan və Özbəkistan pambıq klasteri layihəsi çərçivəsində əkin sahələrini 3 dəfə artıracaq

Azərbaycan Özbəkistanda ticarət nümayəndəliyi açacaq

Azərbaycan XTQ-də dörd ölkə ilə birgə xüsusi təyinatlıların təliminə hazırlıq müzakirə edilib

BİZİM TƏQVİM: 11 iyunda baş vermiş tarixi hadisələr

Xarkovun kütləvi hücumu zamanı yaralananların sayı 50-ni keçib, iki nəfər ölüb – YENİLƏNİB

Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”

Ermənistanda seçki hazırlığı: Paşinyanın rəqiblərə və “beşinci kolona” davam edən hücumu - ŞƏRH

Baş nazir: Azərbaycan və Özbəkistan müxtəlif sahələrdə bir sıra perspektivli layihələri nəzərdən keçirir

Azərbaycanın sərbəst güləşçiləri Batumidə təlim-məşq toplanışına qatılıblar

Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymət müəyyənləşdirilir

Bayram günlərində təcili tibbi yardım xidmətinə 8 minədək müraciət daxil olub

Zelenski: Ukrayna ayda 27 minə qədər insanı səfərbər edə bilər

Bütün xəbərlər