Rəşad Cəbrayılov
Səlyan RİH başçısının müavini,
YAP rayon təşkilatının sədri

 

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əbədiyyətə qovuşmasından 20 il ötsə də, qədirbilən Azərbaycan xalqı onun əziz xatirəsini daim dərin hörmət və ehtiramla yad edir. "Azərbaycan mənim ürəyimdir, nəfəsimdir”-deyən böyük öndərimiz Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyimizi əbədi və dönməz etmişdir.

Ölkədə ictimai-siyasi vəziyyətin böhranlı bir dönəmində yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı dağılmaqdan və milli fəlakətdən qurtardı, Azərbaycan dövlətçiliyini xilas etdi. Vətəninə, xalqına bütün varlığı ilə bağlı olan böyük dövlət xadimi Heydər Əliyev Azərbaycan üçün yeni dövlətçilik mərhələsi yaratdı. Ulu Öndərin hakimiyyətə qayıdışı millətin və dövlətin sabahına inamını bərpa etdi. Ümummilli Liderin siyasi fəaliyyətinin amalı, qayəsi doğma Azərbaycanın tərəqqisi, parlaq gələcəyi idi. Bu gün Ulu Öndərin ruhu şaddır. Dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin Ulu Öndərimizin dövləti idarəetmə ənənələrini, siyasi kursunu uğurla davam etdirməsi Azərbaycan xalqında parlaq, qüdrətli gələcəyə inamı daha da artırıb. Böyük iftixar hissi ilə bu gün tam əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir dövrünü yaşayır.

Azərbaycan 1993-cü ildən bu günə qədər dinamik inkişaf yolundadır, möhtəşəm siyasi, iqtisadi nailiyyətlər əldə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlanılmışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlanılmışdır və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir”.

44 günlük Vətən mühribəsində qazandığımız Şanlı zəfərimiz əsası Ulu öndərimiz tərəfindən qoyulan ordu quruculuğu prosesinin məntiqi nəticəsi idi. Tarixi torpaqlarımızın erməni işğalından azad edilməsində dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz əsl tarix yazdı. Bu qəhrəmanlıq salnaməsi əsrlər boyu tariximizin ən parlaq və unudulmaz səhifələrindən biri olacaq, heç bir zaman unudulmayacaq. Dövlətimizin, xalqımızın qüdrəti, qətiyyəti, həmrəyliyi sayəsində əldə olunan bu qələbə, həm də dahi şəxsiyyət, ömrünü xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi idi. Çünki ümummilli liderimizin ən böyük arzusu və amalı məhz tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Lider Heydər Əliyevin arzularını həyata keçirən, ideyalarının gerçəkləşməsini layiqincə təmin edən Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin qalibi Azərbaycan bundan sonra da böyük inkişaf yolu keçəcək, ölkəmizin daha da qüdrətlənməsini təmin edəcək.

Son xəbərlər

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bütün xəbərlər