{category-title}

Rəşad Cəbrayılov: Xalqın Yeni Azərbaycan Partiyasına inamı sonsuzdur

 

Rəşad Cəbrayılov

Salyan RİH başçısının müavini, YAP rayon təşkilatının sədri 

 

Hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Bu baxımdan böyük inam və fəxr hissi ilə qeyd edirik ki, Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında dönüş nöqtəsi olaraq yeni mərhələyə yol açdı. Təsis konfransını 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün milyonların partiyasına çevrilərək, 800  minə yaxın üzvü sıralarında birləşdirir. Bu, hər zaman qeyd edildiyi kimi, sadəcə bir statistika deyil. Xalqın ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətinin və onun layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın ifadəsidir. Xalqın bu partiyaya inamı sonsuzdur. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq böyük şərəfdir. Ümummilli Liderin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. Yarandığı gündən Azərbaycanın bu günü və gələcəyi üçün çalışan Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən seçkilərdə böyük uğur qazanmasında bu amilin rolu böyükdür. Dünənin, bu günün və gələcəyin partiyası kimi mövqeyini möhkəmləndirən YAP daim irəli sürdüyü qərarları, təşəbbüsləri ilə diqqətdə olub. 30 ildə partiyanın keçirilən seçki proseslərinə qatıldığı şüarlara diqqətə yetirsək görərik ki, hər dövrün tələblərini özündə əks etdirir, yeni vəzifələri qarşıya qoyur. Azərbaycanın  müstəqilliyinin yenidən bərpası illərinə bələdçilik edən Yeni Azərbaycan Partiyasının tarixi mühüm hadisələrlə, uğurlarla zəngindir.

Ötən il Yeni Azərbaycan Partiyasının VII qurultayında dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev proqram xarakterli nitqində müstəqillik tariximizi təhlil edərək ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Azərbaycana qazandırdığı uğurları əsaslı şəkildə diqqətə çatdırdı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin başlanğıcı oldu.  Məhz 1993-2003-cü illərdə yaradılan möhkəm bünövrə üzərində Azərbaycan son 19 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə  daha da inkişaf edərək, hər gün bir addım Qarabağın azadlığına yaxınlaşdı. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bu illərdə Qələbəyə hazırlığın təqdimatı oldu. Tarixi Zəfərimizin reallıqları əsasında YAP-ın yeni Proqramı təsdiqləndi. Partiyanın 800 minə yaxın üzvü “Biz birlikdə güclüyük!” söyləyərək yeni Proqramın hədəflərinin reallığa çevrilməsinə öz töhfələrini verməyə səy göstərirlər. 30 il gələcək üçün möhkəm təməldir.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər