{category-title}

Ağcabədidə konfrans keçirilmişdir

 

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini, sonra isə Qəhrəmanlar parkında şəhidlərin məzarlarını ziyarət ediblər.Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov “Yeni Azərbaycan Partiyası Qələbələr Partiyasıdır” mövzusunda məruzə edib. O, qeyd edib ki,
Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi uğurlarını davam etdirir. Konfransda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçib. Ona görə də YAP dünənin, bu günün, sabahın partiyası kimi davamlı uğurlara imza atmaqdadır.Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən uca tutmuş, buna görə də xalqın rəğbətini qazanaraq ümumxalq partiyasına çevrilmişdir. Azərbaycan xalqı bu gün ulu öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Respublikasını inkişaf etdirmək, yeni-yeni uğurlar qazanmaq istiqamətində partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə hərtərəfli dəstək verməkdədir.YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Komitə sədri Tahir Rzayev çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün onun ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası 30 il ərzində siyasi mübarizələrdə mətinləşmiş, aparıcı siyasi qüvvə kimi ölkəmizin ictimai-siyasi həyatında yüksək mövqe qazanmışdır.Tədbirdə YAP veteranı Teymur Rəhimov, şəhid atası Sabir Sultanov, Vətən Müharibəsi qazisi Cavid Allahverdiyev, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova çıxış edərək Yeni Azərbaycan Partiyasının fəaliyyəti və hazırda Respublikamızda oynadığı rol barədədanışmışlar.Tədbirin sonunda bir qrup Vətən Müharibəsi veteranına medallar, YAP sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri və rayonun ictimaisiyasi həyatında fəal iştirak edən partiya fəallarına Fəxri Fərmanlar təqdim edilib.




























Son xəbərlər

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Bütün xəbərlər