{category-title}

Bakı məntiqli davranır, qalib ədası ilə, 8 kənd... - Demoyan

Azərbaycanın davranışı hərbi, hərbi-texniki və iqtisadi üstünlüyə malik olan qalib tərəfin məntiqinə tam uyğun gəlir.

Bu sözləri erməni politoloq Ayk Demoyan deyib.

O, Azərbaycanın vaxtaşırı Ermənistanı sülh prosesini ləngitməkdə və destruktiv mövqe sərgiləməkdə ittiham etməsi, eyni zamanda işğal altında olan 8 kəndi tələb etməsi haqda danışarkən bildirib ki, Bakı öz üstünlüyündən istifadə edərək, qarşı tərəfdən mümkün qədər çox güzəşt qoparmaq istəyir.

Demoyanın fikrincə, Ermənistan “birinci müharibədəki qələbəsi”ndən istifadə etmədi, səhvlərə yol verdi, özü üçün fəlakətlə nəticələnən proseslərə qoşuldu:

“Azərbaycan isə bu səhvləri etmək istəmir və tam başqa yolla getməyə çalışır. Nə qədər ki, Ermənistandan maksimum güzəşt almaq imkanı var, o, təzyiqlərdən əl çəkməyəcək. Ona görə də Bakı danışıqlar zamanı istənilən manipulyasiyaya tab gətirə, İrəvanı destruktiv mövqedə ittiham edə, Tavuşdakı anklavları - 8 kəndi tələb edə bilər. Nə qədər ki, Azərbaycan Ermənistandan başqa nəsə ala biləcəyinə inanır, sülhdə maraqlı olmayacaq”.

Ekspertin fikrincə, Ermənistanın mövqeyi daha “əsəbi” görünür:

“Hakimiyyət dayanmadan sülh gündəmindən bəhs edir, ərazilərlə bağlı hansısa rəqəmləri, sülh müqaviləsinin imzalanması imkanları ilə bağlı hansısa faizləri səsləndirir. Ermənistanın Azərbaycana qarşı heç bir təbliğat tədbiri yoxdur”.

Demoyan iddia edib ki, Azərbaycan öz siyasətini – “hərbi təcavüzünü” informasiya hücumları ilə fəal surətdə tamamlayır:

“Qorxuram ki, informasiya müharibəsi alətlərindən istifadə etməmək son nəticədə hərbi və hərbi-texniki vasitələrin effektivliyini şübhə altına alsın. Yəni Ermənistan nə qədər silahlansa da, orduda islahat aparsa da (bu, reallığa nə qədər uyğundur, ayrı mövzudur), bütün bunlar informasiya komponenti olmadan yarıtmaz olacaq”.

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər