{category-title}

Paşinyanı “oynadan” nədir?: Təxribatçı çıxışın sirri - TƏHLİL

 

 

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri zamanı yenidən sərsəm fikirlər səsləndirib. O, əvvəlcə söyləyib ki, Ermənistanda 1.5 milyon iş yeri yaradılmalıdır. Ardınca Ermənistanın ümumdaxili məhsulunun 15 dəfə artırmaqdan bəhs edib.
İşğalçı ölkənin baş naziri daha da irəli gedərək bildirib kİ, Ermənistan hətta futbol üzrə dünya çempionu olmalıdır. Eyforiyaya qapılan Paşinyan bir qədər də irəli gedərək iddia edib ki, guya “Qarabağ Ermənistandır”. Halbuki,o, bir gün öncə "Ermənistandan daha dövlət olmaz" kimi bəyanatla çıxış etmişdi. Bu dəfə Nikol daha sərsəm və daha gülünc çıxışı ilə gündəmə gəlməyi bacardı... 

Paşinyan nə istəyir və onu oynadan nədir? 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev Azvision.az -a şərhində diqqətə çatdırıb ki, Paşinyan hakimiyyətə gəldiyi gündən etibarən bir-birini təkzib edən açıqlamalar verir. Bu gün də eyni halın davam etməsi onun ciddi siyasətçi olmadığını və reallıqdan uzaq olduğunu göstərir.

"Paşinyan Dağlıq Qarabağ ermənilərinin ATƏT-in Minsk Qrupu çərçivəsində davam edən görüşlərdə tərəf olmağını gündəliyə gətirdi, lakin beynəlxalq dəstək görmədi. İndi Xankəndində verdiyi bu açıqlamalar ilə beynəlxalq aləmə, xüsusən, Minsk Qrupuna göstərmək istəyir ki, ictimaiyyət bunu tələb edir və bu məsələdə mənim arxamdadır". 

C.Vəliyev deyib ki, dünənçi çıxış Paşinyanın məsələnin həllində ikinci mərhələdəki hədəfini ortaya qoyur: "Bildiyiniz kimi, Azərbaycan mərhələli həlli planını təklif edir. Yəni birinci mərhələdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı rayonlar azad edilsin və sonra Qarabağın statusu müəyyənləşsin. Lakin Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ heç vaxt müstəqil dövlət ola bilməz və Azərbaycanın suverenliyinə qayıtmalıdır. Paşinyan “Qarabağ Ermənistandır" deyərək erməni ictimaiyyətinə mesaj verməyə çalışır ki, Dağlıq Qarabağ məsələsində güzəştə getməyəcək. Lakin bir daha Ermənistanın Dağlıq Qarabağı işğal etdiyini ortaya qoyur. Düşünürəm ki, bu açıqlama Azərbaycana imkan verir ki, Ermənistan üzərində təzyiqləri artırsın". 

Şöbə müdiri vurğulayıb ki, Dağlıq Qarabağ məsələsi Ermənistanın daxili və xarici siyasətinə təsir edən ən başlıca amildir: "Belə demək olar ki, Ermənistan müstəqillik əldə etdiyi tarixdən etibarən daxili və xarici siyasəti Dağlıq Qarabağ məsələsinin əsiri olub. Bu, əslində Ermənistanın bugünkü vəziyyətə düşməsi ilə nəticələnib. Daxildəki qruplar Qarabağ məsələsini radikallaşmış və millətçi kütlənin dəstəyini almaq və ya rəqibinə qarşı istifadə etmək üçün vasitə olaraq istifadə edir. Əslində Dağlıq Qarabağ məsələsinin həllinin qarşısında Ermənistan tərəfindən duran ən böyük maneələrdən biridir və erməni siyasətçilər bir tərəfdən erməni ictimaiyyətini Qarabağ məsələsində radikallaşdırır, digər tərəfdən Minsk Qrupu çərçivəsində davam edən görüşlərdə bunu bəhanə olaraq ortaya qoyur". 

C.Vəliyev qeyd edib ki, Dağlıq Qarabağ məsələsi Paşinyan üçün də daxili və xarici siyasətdə "ayaq bağı" olub: "Onun əleyhinə olan qüvvələr xaricdən aldıqları dəstəklə Paşinyana qarşı bunu istifadə edir. O da radikallaşmış və millətçi kütləni idarə etmək üçün belə açıqlamalar verir. Amma, nəticədə bilərəkdən və ya bilməyərəkdən onun əsirinə çevrilir. Bu isə erməni cəmiyyətində Dağlıq Qarabağ məsələsinin həllində gözləntiləri daha üst səviyyəyə çatdırır və məsələnin diplomatik yolla həllini çətinləşdirir. Paşinyan erməni ictimaiyyətini radikallaşdırmaq yerinə Dağlıq Qarabağın erməni klanının istifadə etdiyi ritorikanı dəyişdirərsə, həm özünə, həm də Ermənistana böyük yaxşılıq etmiş olar". 

Son xəbərlər

İsraildə İranla müharibə başlayandan bəri 1 619 nəfər xəsarət alıb

Prezident İlham Əliyev Moldova xarici işlər nazirini qəbul edib

KİV: BƏƏ İranın aktivlərinin dondurulması imkanlarını araşdırır

Estoniya İranın hücumları fonunda Azərbaycanı dəstəkləyib

Rəsmi Ankara İranın Naxçıvana dron hücumu barədə: Bölgədə müharibənin yayılma riskini artırır

İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

İranın Naxçıvana dron hücumu ilə bağlı hadisələrin gedişatı - Ümumiləşdirmə

Rəsmi Bakı: Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır

İran dronlarından biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb

İran Naxçıvan aeroportuna dron hücumu edib

Energetika naziri Ağsuda vətəndaşları qəbul edəcək

İrəvan-Bakı münasibətlərində ictimai əhvali-ruhiyyənin dəyişdirilməsi prioritet olaraq qalır

Bülbülədə məsciddə yatan şəxsi öldürənə hökm oxunub

Azərbaycan Yüksək Liqası: XVI turun növbəti oyunları keçiriləcək

Sabah Lökbatan qəsəbəsində su kəsiləcək

"Intelligence Online": MKİ İran rəhbərliyinə qarşı əməliyyatı 2025-ci ildən hazırlayıb

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib

Den Keyn: ABŞ İran ərazisinin dərinliklərinə doğru əməliyyatları genişləndirəcək

Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar

Ərdoğanın müşaviri zərərsizləşdirilən raket haqqında: Türkiyə təhlükəsizlik tədbirlərini qətiyyətlə davam etdirir

İsrail ordusu İranın qərbini, ABŞ isə cənubunu hədəfə alır – əməliyyatın detalları

Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib

Bütün xəbərlər