{category-title}

 

Fransalı politoloq: “Ermənistan minaların yerini deməkdən imtina etməklə öz maraqlarına ziyan vurur”

 



“Minaların yerini deməkdən imtina etməklə Ermənistan öz maraqlarına ziyan vurur”.

Bunu “Report”un Fransa bürosuna açıqlamasında fransalı tarixçi, politoloq Maksim Qoən (Maxime Gauin) bildirib.

O deyib ki, Ermənistan Azərbaycana qarşı istifadə edə bilməsi üçün minalara dair, habelə bir sıra digər silahlara dair konvensiyaları ratifikasiya etməkdən imtina edib:

“Azərbaycanlıların həyatını təhlükə altına atmaq Ermənistan hökumətini 1991-ci ildən etibarən heç vaxt qorxutmayıb. Ermənistan nəinki minalara dair, hətta digər silahların istifadəsini qadağan edən konvensiyalara imza atmaqdan imtina edib. Buna səbəb də həmin silahlardan Azərbaycana qarşı istifadə etməsi olub. Məsələdə Ermənistanın ümumi mövqeyi hər zaman bundan ibarət olub”.

Politoloqun fikrincə, Ermənistan müharibədə Azərbaycana uduzduqdan sonra Nikol Paşinyan reallığı nəhayət ki, anlamağa başlayıb:

“Lakin təəssüflər olsun ki, Ermənistanın bir sıra hökumət və müxalifət nümayəndələri reallığı hələ də başa düşməyiblər. Mülki insanlara qarşı minalar kimi qadağan olunmuş üsullardan qəsdən istifadə edilməsi beynəlxalq hüquqa ziddir. Lakin beynəlxalq hüquq qanunlarından da əlavə, böyük hərbi-texniki üstünlüyə malik olan ordusunun gücünə torpaqlarını azad edən qonşusuna minaların yerini deməkdən imtina etməsi Ermənistanın maraqlarına ziddir. Beləliklə, o, bu yolla Türkiyə və Azərbaycanla münasibətləri yoluna qoymaq perspektivlərini yubatmış və təxirə salmış olur. Bu münasibətlər isə öz növbəsində Ermənistanın qurtuluşu və xilası üçün böyük önəm daşıyır”.

Son xəbərlər

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Bütün xəbərlər