{category-title}

Kəndi yandırdılar, mal-heyvanı qırdılar... - Meşəli sakinləri DANIŞIR

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçaturyan növbəti dəfə hakim qarşısına çıxmağa hazırlaşır.

Meşəli kəndində baş verən soyqırımı erməni silahlı birləşmələri tərəfindən 1989-cu ildən 1992-ci ilədək Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayətlərin bir epizodudur.

Həmin hadisə ilə əlaqədar cinayət işi başlanaraq ilkin istintaq hərəkətləri aparılsa da, döyüş şəraitinə görə onu başa çatdırmaq mümkün olmayıb. Lakin istintaq sonralar uğurla davam etdirilib və müəyyən olunub ki, Xaçaturyan Vaqif Çerkezoviç qanunsuz erməni silahlı birləşməsinin digər üzvləri ilə birlikdə Xocalı rayonunun Meşəli kəndində əhaliyə qarşı silahlı basqın edərək 25 nəfəri qətlə yetirib, 14 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetirib, 358 nəfər şəxsi heç bir qanuni əsas olmadan yaşayış yerindən didərgin salıb.

Kəndi yandırdılar, mal-heyvanı qırdılar... - Meşəli sakinləri DANIŞIR

Meşəli kəndinin sakinləri Modern.az-a faciənin həmin gecədən və məhkəməyə verikləri ifadədən danışıblar.

Əkbər Mehrəliyev həyat yoldaşı ilə birlikdə məhkəmə prosesində iştirak etdiyini deyib.

“O zaman biz Xaçaturyanı üzbəüz görə bilmədik, amma onu görənlər olub. Bəlkə də mikrofonla danışan o idi. “Birinci polk qabağa, ikinci polk period, üçüncü polk period”, - mikrofonla belə səslər verirdilər.

Səhər tezdən atışmanın səsinə durduq, saat 6 olardı. Onlar mikrofonla səsləndilər ki, “kənddən çıxın”, biz onlara dedik ki, kənddən çıxan deyilik.   Kəndin qırağı ilə təpələr var idi, oradan durub pulemyotları kəndə doğru qurmuşdular. Camaatda quş tüfəngi var idi, bir az atışdılar.

Mən kəndin baş tərəfində olurdum, bir neçə insana kömək etdim. Dayımoğlu bizim evdəki yaralıları aparırdı. Gedəndə onu güllələdilər. Bizi kənddən çıxarmışdılar, yenidən kömək gəldi, kəndi aldıq. 40 gün kəndi saxladıq. İşıqlar sönüb, kənd yanıb, 1-2 ev qalıb... Daha sonra çıxdıq kənddən. Kəndi yandırdılar, mal-heyvanı qırdılar”.

Səfa Kazımov atasını itirdiyi həmin gündən danışıb.

“Məhkəmədə də oldum, ifadə də verdim. O zamanlar kənd işğal olunanda, insanlar çıxarılanda orada çoxları “Vaqifin dəstəsi” deyirdi. Səhər saat 7-8 radələri idi. Mən atışma səsinə yuxudan oyandım. Kənddən çıxmırdıq, düşünürdük ki, yenə atıb qayıdacaqlar. Evdə atam, anam, bacım, mən idik. Məndən böyük qardaşım digər bacımgildə idi. Atam bizə dedi ki, siz çıxın, gedin, mən qızımgilə gedirəm, onları da götürüb çıxaracam kənddən. Biz getdik. Kənddən hamı gəldi, bizimkilərdən heç kim gəlmədi. Ailəmizdən anam idi ancaq yanımda. Anama dedim ki, mən geri qayıdıram. Mən məktəbin yanına gələndə gördüm ki, kimsə qışqırır. Hərəkət etmək olmurdu, birtəhər məktəbə yaxınlaşdım. Gördüm ki, atamı vurublar, ölüb. Ondan bir az uzaqda qardaşım ağacın arxasında uzanmışdı. Mən elə bildim ki, onu da vurublar. Məni oradan apardılar. Daha sonra bildim ki, qardaşım sağdır. Məktəbi ermənilər mühasirəyə alıb, danışırdılar, gəzirdilər. Biz bütün səsləri eşidirdik. Biz bir neçə saat zirzəmidə qaldıq”.

Son xəbərlər

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Putin Hindistana getdi

ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ

Şuşada ifaçılıq mərkəzi tikiləcək

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH

Azərbaycan və İraq neft-qaz əməkdaşlığını müzakirə edib

Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb

Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Beynəlxalq Türk Akademiyasının prezidenti: Azərbaycan böyük alimləri ilə fəxr etməlidir

Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib

Ermənistanda məcburi hərbi xidmət müddətini qısaltmaq təklif olunub

23 nəfəri daşıyan mikroavtobus kanala aşdı

KİV: İtaliya tərəddüdlərdən sonra Ukrayna ilə bağlı siyasətini dəyişib

“Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

"Dövlət xidmətləri haqqında" qanun təsdiqlənib

NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Azərbaycana səfər edib

"Sabah" Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb

Türkiyə, Azərbaycan, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi keçirilib

KİV: Ermənistanda Pakistanın səfirliyi açılacaq

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət veriləcək

KİV: Rusiyada “Drujba” neft kəməri yenidən partladılıb

Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq

Bütün xəbərlər