{category-title}

347 minlik yeyinti edən azərbaycanlı diplomat: “Bekarçılıqdan qumar oyunlarına başladım”

Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilinərək, 6 il müddətinə azadlıqdan məhrum edilib.

“Qaynarinfo”nun məlumatına görə, Nəcib Osmanov işlədiyi dövrdə Xarici İşlər Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 347 011,9 manat vəsaiti necə mənimsəməsi barədə danışıb.

Sabiq attaşe bildirib ki, hadisələr 2022-ci ilin may ayında baş verib və qanunsuz hərəkətlərə dərk etmədən yol verib. Qeyd edib ki, onda qumar oyunlarından asılılıq yarandığı üçün belə hərəkətlər edib:

“Əvvəllər Xarici İşlər Nazirliyinin Maliyyə İdarəsində işləmişəm. İcra etdiyim vəzifə ilə əlaqədar Maliyyə İdarəsində hesabatların tərtibi ilə bağlı işlər görmüşəm. 26 fevral 2021-ci ildə Koreya Respublikasına ezam edildim və 1 martda işə başlamışam. Koreya Respublikasındakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe vəzifəsində çalışırdım. Maliyyə hesabatlarının tərtib edilib göndərilməsi, ümumi katiblik üzrə sənədlərin qəbul edilməsi və göndərilməsi, kadrlar və bank üzrə işlər mənim səlahiyyətində idi. Əmrlə mənə tapşırılan işlər yalnız maliyyə işləri olub. Digər işlər şifahi göstərişlə tapşırılıb. Səfirlikdə işlədiyim dövrdə səfir Rəmzi Teymurov idi. Onun əmri verildikdən sonra maliyyə və konsul hesabatlarını hazırlamağa başladım. Hesabatları “excel” fayllarda işləyərək, kağızda çıxarıb, Xarici İşlər Nazirliyinə göndərirdim.

Əvvəl səfirliyin pullarını bekarçılıqdan mərc oyunlarına sərf etdim, sonradan məndə asılılıq yarandı və müvafiq hərəkətlərini davam etdirdim. İşdən sonra getməyə heç bir yer yox idi, karantin dövründə tək olduğum üçün mərc oyunları oynamağa başladım. Əvvəl kiçik məbləğlərlə oynayırdım, sonra asılılıq yarandı”.
Nəcib Osmanov oynadığı mərc oyunlarına pulu onlayn formada əvvəlcə maaşından, sonra isə səfirliyin hesabından ödəyib. O, səfirliyin əsasən kommunal sənədlərinə dəyişiklik edərək, hesabda olan pulları mənimsəyib:

“İşçilərin əməkhaqlarından pul götürmürdüm. Pulları götürməyimdən səfirlikdə heç kəsin xəbəri olmayıb. Poçt bank sənədlərinə kiçik məbləğlər yazmaqla möhür vurub, ardınca bank hesabına mədaxil edirdim. Ümumilikdə 15-20 sənədə imza etdirməklə pul vəsaiti əldə edirdim. Pullar Koreya vonu ilə olub. Səfirliyin dollar və von hesabı var idi. Sentyabr ayına qədər səfirliyin hesabından 15 000-20 000 dollar, oktyabr ayından isə daha böyük məbləğlər götürməyə başladım. Bu pulları öz hesabıma köçürüb, mərc oyunlarına yatırırdım”.

Sabiq diplomat qeyd edib ki, hərəkətlərinin qanunsuz olduğunu bilib, lakin qumar oyunlarına aludə olduğundan qeyd edilən hərəkətlərə yol verib:

“Mənə qarşı elan edilmiş ittihamla razıyam. Tərəfimdən vurulmuş ziyanla əlaqədar 77 000 dollar ödəmişəm”.

Son xəbərlər

Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq

Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək

Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"

Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi

Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar

Sabah yağış yağacaq - PROQNOZ

Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Bütün xəbərlər