{category-title}

 

Külli miqdarda yeyinti edən Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs edilib

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşının vergi və dövlət rüsumlarını qəsdən azaldaraq mənimsəməsi və digər bu kimi qanunsuz hərəkətləri barədə həmin dövlət qurumundan daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, aparılan istintaqla müəyyən edilib ki, Əbdürəhimov Mahir Şahbaz oğlu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyərkən müxtəlif ünvanlarda şəxsən və qeyriləri vasitəsi ilə ümumilikdə 393 nəfərdən ibarət ayrı-ayrı vergi ödəyicilərinin ödənişlərini onların adından daha sürətli və ödəyicilər üçün rahat şəkildə dövlət büdcəsinə ödəyəcəyini bildirməklə aldığı cəmi 820 min manat təşkil edən pul vəsaitlərini büdcəyə ödəmədən şəxsi ehtiyaclarına sərf edib, habelə törətdiyi cinayət əməllərini gizlətmək məqsədilə eyni məbləğdə ödənilmiş vergi və dövlət rüsumlarını azaldaraq həmin şəxslərin şəxsi hesab vərəqələrində əks etdirməklə işlədiyi dövlət qurumunun rəsmi informasiya resursu hesab olunan proqram təminatına yalan məlumatlar daxil edib.

Bundan başqa, Mahir Əbdürəhimovun həmin vəzifədə işləyərkən öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə etdiyi səhlənkarlıq nəticəsində 62 nəfər ayrı-ayrı vergi ödəyicisinin vergi qismində ödədiyi ümumilikdə 66 min manat pul vəsaiti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ödənilməyib.

Həmçinin, o, həmin vəzifədə işləyərkən qeyd edilən mənimsəmə və digər qanunsuz əməllərini gizlətmək məqsədilə həmin ödənişlərin qeydiyyatının aparıldığı qurumdaxili informasiya resursu hesab olunan proqram təminatında guya nöqsanların olması görüntüsü yaratmaqla ümumilikdə 187 min manat məbləğində pul vəsaitini digər şəxslərin adından edilən ödəniş kimi göstərməklə düzəlişlər aparıb.

Qeyd edilən qanunsuz əməlləri ilə Mahir Əbdürəhimovun külli miqdarda əmlakı mənimsəmə yolu ilə talamasına, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına, ağır nəticələrə səbəb olan səhlənkarlıq etməsinə və vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş üzrə ibtidai istintaq zamanı vurulmuş maddi ziyandan 271 min manatının ödənilməsi təmin edilib.

Son xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

Bazar günü Azərbaycanda 38 dərəcə isti olacaq

CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır

Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib

İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoyub

FHN həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib

Dünya bazarlarında neft ucuzlaşıb

Axtarışda olan 83 nəfər saxlanılıb

Qazaxda yol qəzasında 3 nəfər xəsarət alıb

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub

Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis - ŞƏRH

Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib

Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir - RƏSMİ

Kəlbəcərdə mina partlayışı olub

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?

Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir

İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib

Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib

Bütün xəbərlər