{category-title}

Gündəm / Cəmiyyət
26.06.2026, 10:52
ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

ABŞ seçməsi DÇ-2026-nın qrup mərhələsində 8 qol vuraraq dünya çempionatları tarixindəki rekordunu yeniləyib.
Bu, komandanın mundiallar tarixindəki ən məhsuldar çıxışı olub.
ABŞ millisi bununla da 1930-cu ildə qeydə alınan və 2002-ci ildə təkrarlanan 7 qolluq rekordu geridə qoyub.
Qeyd edək ki, 3 oyundan sonra 6 xal toplayan ABŞ seçməsi D qrupunda 1-ci yeri tutub. Amerika təmsilçisi 1/16 final mərhələsində Bosniya və Herseqovina ilə qarşılaşacaq.
