{category-title}

Banklar mərclə bağlı pul köçürmələrini dayandırmağa başlayıb

Son günlər sosial şəbəkələrdə Azərbaycan banklarının xarici mərc saytlarına pul köçürülməsi və uduşları qəbul etməyi dayandırdığı haqda məlumatlar yayılır. Bununla bağlı banklar öz müştərilərinə xəbərdarlıq SMS-ləri də göndərirlər.

Sözügedən məhdudiyyət hələ ötən ilin sonunda Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə qumar oyunları ilə bağlı bir sıra dəyişikliklər edilməsi ilə bağlıdır. Belə ki, həmin dəyişikliklər bu ilin yanvarın 1-dən tətbiq edilməyə başlayıb. Ölkədə fəaliyyət göstərən banklar tərəfindən qumar və mərc oyunları üzrə Azərbaycanda keçirilən qanuni lotereya və mərc oyunları istisna olmaqla, bank əməliyyatlarının aparılmasının qadağan olunması barədə məsələ sosial şəbəkələrdə geniş yayılmağa başlayıb.

Məcəlləyə edilmiş dəyişikliklərə əsasən, qumar və mərc oyunları üzrə xaricdə bank əməliyyatlarının aparılması qadağan olunub. Belə ki, dayandırılan əməliyyat növlərinə ölkəxarici qumar/mərc oyunlarında iştirak üçün ödənişlərin/köçürmələrin aparılması şamil olunur. Bu qadağa həm onlayn saytlar vasitəsilə aparılan əməliyyatlara, həm də kartın fiziki iştirakı ilə keçən əməliyyatlara aid edilir.

Həmçinin mərc oyunlarından gələn uduşların qəbul olunması və bununla əlaqədar müvafiq ödəniş tapşırıqlarının icrası, mərc oyunlarından gələn mükafat və digər köçürmələrin qəbulu da bu kateqoriyaya daxildir.
Banklar mərclə bağlı pul köçürmələrini dayandırmağa başlayıb
Məcəllənin 401-ci maddəsinə əsasən, qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışı ilə, qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrasına (aparılmasına) görə müvafiq maliyyə sanksiyaları da nəzərdə tutulub.

Qumar oyunlarının təşkilinə və keçirilməsinə görə inzibati xətanın törədilməsinə alət olmuş predmet, habelə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər 40 min manat məbləğdə cərimə ediləcək.

Azərbaycan ərazisindən qumar oyunlarında iştirak üçün imkanın yaradılması, o cümlədən, qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər isə 40 min manat məbləğdə cərimələnəcək.

Qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (ya) satışına görə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər 40 min manat məbləğdə cərimə ediləcək.

Qumar oyunlarında iştirak üçün mərclərin qəbul edilməsi, pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürülməsi, ödənilməsi, uduşların, mükafatların və ya digər gəlirin verilməsi, bunların təşkili və bunlarla əlaqədar xidmətlərin göstərilməsinə görə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər 40 min manat məbləğdə cərimə ediləcək.

Qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletlə bərabər tutulan digər iştirak hüququnun) satışı, qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrasına (aparılmasına) görə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər 40 min manat məbləğdə cərimə ediləcək.

Qeyd edək ki, Məcəllədə “qumar oyunları” dedikdə lotereya təşkilatçısı tərəfindən “Lotereya haqqında” qanuna uyğun olaraq keçirilən lotereyalar (o cümlədən stimullaşdırıcı lotereyalar) və idman mərc oyunları operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” qanuna uyğun olaraq keçirilən idman mərc oyunları istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti çərçivəsində təşkil edilən və ya keçirilən qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan uduşların, mükafatların və ya digər gəlirin verilməsini nəzərdə tutan lotereya, idman mərc oyunları qumar oyunu hesab edilir.

Son xəbərlər

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Gürcüstanı Azərbaycanla birləşdirəcək yeni avtomagistralın inşası üzrə tenderin müddəti uzadılıb

DYP piyadalara müraciət edib

Azərbaycan nefti 95.5 dollara satılır

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Bütün xəbərlər