Sabiq MTN-çi dövlətdən nə istəyir? - “Toyota Camry”, “Lexus GX 460”...

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəis müavini, polkovnik Füzuli Əliyev müsadirə olunan bahalı avtomobillərinin qaytarılmasını istəyir.

"PressXeber.info“Qaynarinfo”ya istinadən xəbər verir ki, Füzuli Zülfüqar oğlu Əliyev nümayəndəsi vasitəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu da cəlb olunmaqla, cavabdehlər - Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi və müvafiq qurumlarla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lexus GX 460” markalı 10-AZ-603 dövlət qeydiyyat nişanlı və “Toyota Camry” markalı 90-AA-576 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən həbsin götürülməsini istəyib. Sabiq MTN-in sabiq işçisi hər iki avtomobilin dövlət nəfinə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin icra sənədinin icra edilməməsini tələb edib.

Füzuli Əliyev iddiasını onunla əsaslandırıb ki, sözügedən avtomobillər “ŞAH” MMC-nin adına sənədləşdirilib. Həmin maşınlar MMC-də 2006-cı ildən uğurlu kommersiya fəaliyyəti nəticəsində əldə olunan gəlirlər hesabına alınıb.

Dövlət nümayəndəsi isə onun iddiasını rədd edib. Bildirilib ki, MMC 2006-07-ci illərdə onun tərəfindən təsis edilməsinə baxmayaraq, həmin şirkətin fəaliyyəti olmayıb. MMC-nin fəaliyyəti olmadığı üçün hər hansı ofisi və işçiləri də olmayıb. “Toyota Camry” markalı avtomobil onun tərəfindən 2013-cü ildə, “Lexus GX 460” isə 2014-cü ildə əldə edilib. Dövlət qeydiyyat nişanını almaq üçün həmin maşınlar MMC-nin adına sənədləşdirilib.
Məhkəmə iddiaçının əmlakının həbsdən azad edilməsi tələbinə dair iddiasını təmin etməyib.

Qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı tamamlanmış cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Füzuli Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu birgə müsabiqə elan edəcəklər

İtaliyanın 75-ə yaxın şəhərini etiraz aksiyaları bürüyüb

Misir Prezidentİ britaniyalı fəalı əfv edib

Putin: Rusiya istənilən təhdidə cavab verməyə hazırdır

Pakistanda hava zərbəsi nəticəsində 23 nəfər həlak olub

Avropa İttifaqı Azərbaycana dəstəyini gücləndirir

Məhkəmədə Malıbəyli və Quşçular kəndlərinə hücumla bağlı sənədlər elan edilib

Roland Prays: "Orta Dəhliz 15 ildə 28 milyard dollar investisiyaya ehtiyac duyacaq"

İstanbulda Azərbaycan məktəbi istifadəyə veriləcək - RƏSMİ

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Yasamal rayonunda yerləşən çoxmənzilli binada yanğın olub - YENİLƏNİB

Bakının bir sıra yollarında tıxac yaranıb

Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib - YENİLƏNİB

Prezidentlərin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Formula 1-in müddəti uzadıldı - 2030-dək Bakıda keçirləcək

Ruslar Ukraynada daha iki kəndi işğal etdilər

Hərbi jurnalist Şəmistan Nəzirli vəfat edib

Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib

Zəngəzur dəhlizilə bağlı təfərrüatlar bu danışıqlarda dəqiqləşəcək

Prezidentdən Dövlət Suverenliyi Günü paylaşımı - Video

Azərbaycanda Dövlət Suverenliyi günüdür

KİV: Trampın helikopteri Londonda təcili eniş edib

Qriqoryan: Aİ ilə Ermənistan arasında dialoq başlayıb

Rusiyalı nazir müavini: Qızılın qiyməti artacaq

Bütün xəbərlər