{category-title}

Araz Bəndəliyev: Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

 

Araz Bəndəliyev

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Məhsul İşçisi 

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr gərginləşdikcə, gənclər qarşısında duran problemlər artmağa və onların həlli yolları da çətinləşməyə başladı. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyev gənclərin üzləşdiyi problemləri görür və xalqın sağlam, xöşbəxt gələcəyinin təmin edilməsi, yeniyetmə və gənclərin savadlı, sağlam bir vətəndaş kimi yetişmələri üçün gənclər siyasətinin düzgün qurulmasının və ağır ictimai-siyasi vəziyyətə baxmayaraq onlara diqqətin artırılmasının vacibliyini bilirdi. Bu məqsədlə 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradıldı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.

Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Ümummilli Lider Heydər Əliyev hər bir zaman Azərbaycan gəncliyinə inandığını, güvəndiyini bildirir və gənclərə etimad göstərirdi. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
27 sentyabr 2020-ci ildə başlayan və qəhrəman ordumuzun, Müzəffər Ali Baş Komandanımızın səyi, xalqımızın birliyi nəticəsində 44 gündə Şanlı Qələbə ilə bitən Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Bu gün Azərbaycan xalqı Vətən müharibəsində iştirak etmiş, canını fəda etmiş, hər bir igid gəncinə , hər bir əsgərinə minnətdardır. Vətən uğrunda, torpaq uğrunda şəhid olan, qazi olan igidlərimizin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir.

Son xəbərlər

Azərbaycan-Aİ münasibətlərinin perspektivi müzakirə edilib

Əli Abdullahi: Hörmüzün blokadaya alınması ABŞ və İran arasında atəşkəsin pozulmasına səbəb olacaq

Bəqayi: İran və region ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər

Ceyhun Bayramov İsveçrə dövlət katibinin müavinini qəbul edib

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin iclası keçirilib

Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir

Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək

"Araz Saatlı"nın rəsmisi futbolçuları və hakimləri təhdid etdiyinə görə 5 oyunluq cəzalandırılıb

Binəqədidə mebel sexinin fəaliyyəti dayandırılıb - VİDEO

Yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO

Xaricdə oxumaq istəyənlərin nəzərinə!

Akademik Zərifə Əliyevanın anım günüdür

Bu gün İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası işinə başlayır

İsrail ordusu Livanın cənubunda müdafiə mövqelərini möhkəmləndirir

Rusiya XİN: Azərbaycan rusiyalıların İrandan təxliyəsində əhəmiyyətli yardım göstərib

Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb

Azərbaycanda nikah və boşanmaların sayı azalıb

Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur

Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var

KİV: Rusiya Teleqramdakı bloklanmanı yumşaltmaq qərarına gəlib

“Space” TV-nin baş direktoru işdən çıxarıldı

Azərbaycanda beynəlxalq qurum təsis olunur

"WSJ": Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazının blokadasından imtina etməsinə çalışır

Prezident İlham Əliyev Somalinin yeni səfirini qəbul edib

Bütün xəbərlər