{category-title}

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin iclası keçirilib

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda Mərkəzin və Hüquq və İnsan Haqları İnstitutunun gələcək fəaliyyəti ilə bağlı bir sıra mühüm məsələlər müzakirə edilib.

İclası giriş sözü ilə açan Müşahidə Şurasının sədri Gündüz Kərimov gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.

O bildirib ki, “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli Fərmanı ilə dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların strukturu, ştat vahidləri və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasının həyata keçirilməsi və onların optimallaşdırılması üzrə tədbirlərin görülməsi üzrə tapşırıqlar verilib. Bunun davamı olaraq 2026-cı ildə bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq normativ hüquqi aktlar imzalanıb, həmçinin dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşlarının məbləğləri artırılıb, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri yenidən müəyyən edilib.

Göstərilənlərlə əlaqədar Mərkəzin və İnstitutun strukturu, işçilərinin say həddi, əməyin ödənişi fondu, optimal təşkilati-hüquqi formanın seçimi, habelə xərclərin azaldılması istiqamətində tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb və Şura üzvləri tərəfindən qeyd edilən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Müşahidə Şurası tərəfindən Mərkəzin və İnstitutun dövlət büdcəsindən asılılığının azaldılması məqsədilə xərclərinin optimallaşdırılması, o cümlədən təşkilati-hüquqi formalarının dəyişdirilməklə yenidən təşkil olunmasının mümkünlüyü barədə təkliflər nəzərdən keçirilib və bununla bağlı müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, İnstitutun ştat sayı, strukturu və fəaliyyəti üzrə xərclərinin optimallaşdırılması məqsədilə funksiyaları oxşar olan bir sıra vəzifələrin birləşdirilməsi yolu ilə daha səmərəli strukturun formalaşdırılmasının zəruriliyi qeyd olunub. Bu çərçivədə, Müşahidə Şurası tərəfindən İnstitutun yeni strukturunun təsdiq olunması kimi optimallaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

Son xəbərlər

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Küləkli havada 4 nəfər xəsarət alıb

Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir

Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

Kanaldan meyit tapıldı

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib

İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ

Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək

Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir

Tarixi uğurdan gələcəyə - "Sabah"ın 10 milyon manatlıq inkişaf proqramı - ŞƏRH

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Bütün xəbərlər