{category-title}

Rafail Mehraliyev: Biz gənclərimizlə fəxr edirik

 

Rafail Mehraliyev

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi 

 
Şübhəsiz ki, dövlət üçün gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması böyük önəm kəsb edir. Başqa sözlə, cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, inkişaf və inteqrasiya məhz onlarla birgə addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da, əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. Sözsüz ki, bu məlum həqiqəti Azərbaycanda hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımı tədbirləri görən yeganə bir insan var idisə o da dahi şəxsiyyət Heydər Əliyev idi.

Təkcə müstəqillik dönəmində deyil, hələ sovetlər tarixində belə Azərbaycan gəncliyinin uğurları, nailiyyətləri yalnız və yalnız ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olub. Ölkənin çətin dönəmində xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin gənclər siyasəti ilə bağlı bir neçə fərman və sərəncamlar imzalaması da bu sahəyə verilən önəmdən irəli gəlirdi. Ötən əsrin 90-cı illərin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclərin qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Məhz bütün bunları görən ümummilli lider Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, 2 fevral 1996-cı il tarixində Azərbaycan Respublikası gənclərinin ilk Forumunun keçirilməsi qərara alındı. 1997-ci il fevralın 1-də I Forumun ildönümü ərəfəsində gəncləri bir araya yığan Ümummilli Lider fevralın 2-ni ölkəmizdə Gənclər Günü kimi elan etdi. Bu da Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi oldu.

2020-ci il Azərbaycan tarixinə böyük Qələbə ili kimi düşdü. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla yerinə yetirərək böyük və tarixi Qələbəyə imza atdı. 44 gün sürən Zəfər yürüşü ərzində ölkəmiz döyüş meydanında hərb tarixinə düşəcək böyük uğurlar əldə etdi və doğma yurd yerlərimizi düşmən işğalından azad etdi. Bu Qələbənin əldə olunmasında gənclərin də xüsusi rolu var. Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunmuş qədim Şuşa şəhərinə səfəri zamanı da qeyd etdi ki, “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.

Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı ictimai-siyasi qüvvə olan gənclər tarixi uğurlar qazanmaqla öz ölkəsinin müstəqilliyinin qurulması və möhkəmləndirilməsi prosesində, dövlətçiliyin inkişafında fəal iştirak ediblər. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışacaq, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrulacaqlar. 

Son xəbərlər

Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq

Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək

Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"

Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi

Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar

Sabah yağış yağacaq - PROQNOZ

Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Bütün xəbərlər