{category-title}

Düzgün idarəçilik hər kəsə başucalığı gətirir

 

  

İşgüzar fəaliyyəti ilə yerli sakinlərə göstərdiyi diqqət və qayğı artdıqca, hər kəsin Ramil Əliyev qarşı münasibəti də artmaqda davam edir

 

 Hər kəsə güntəki aydındır ki, yerlərdə vəzifə sahibi olan şəxslərin sakinlərə qarşı bəslədikləri münasibətlərin varlığı, həyata keçirdikləri idarəetmənin göstəriciləri, bir sözlə yürüdülən dövlət siyasətinin müdafiə olunması istiqamətində atdıqları addımlar və s. çox zaman ictimai müzakirələrə səbəb olur. Düzdür, elə hallar olur ki, həmin şəxslərə qarşı ictimai fikirdə rəğbət hissi formalaşır,  elə hallar da olur ki, onlara qarşı nifrət, qəzəb, hətta ən nəlayiq sözlərin ifadə olunduğu yanaşmalar da ortaya qoyulur. Belə olan halda ortaya maraqlı və düşündürücü suallar çıxır ki, görəsən bu kimi yanaşmaların kökündə nələr dayanır? Belə bir sualı cavablandırmaq üçün isə, heç də alim olmaq gərək deyil. Çünki, istənilən sahəyə rəhbərlik edən şəxs ilk öncə üzərinə düşən vəzifənin məsuliyyətini hiss etməli, sakinlərə qarşı davranışında normativ tələblərə əməl etməli, atdığı addımları ilə ətrafdakılara nümunə olmalı, problemlə üz-üzə qalan hər kəsi dinləməli və imkan daxilində insanlara kömək əlini uzatmalı, ən əsası bir vətəndaş olaraq öz iradəsini ortaya qoymağı da bacarmalıdır. Haqqında bəhs etdiyimiz Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Ramil Əliyev da, məhz sadaladığımız belə bir göstəriciləri özündə cəmləşdirən vəzifə sahibidir. Bir müddət bundan öncə adı çəkilən kənddə olmağımız, yerli sakinlərdən bəziləri ilə etdiyimiz söz-söhbətlər, ümumi müşahidlərimiz və s. bizdə belə bir qənaətin formalaşmasına səbəb oldu ki, Ramil Əliyev üzərinə düşən vəzifəsini lazımınca yerinə yetirən, rəhbərliyin verdiyi tapşırıqların həllinə çalışan, ələlxüsus sadə sakinlərin yanında olan şəxsdir. Bu kimi göstəriciləri özündə cəmləşdirən, həyata keçirdiyi müdrik idarəçiliyin varlığı səbəbindənSabunçu rayon Mənzil Kommunal Təsərrüfat Departamentinin  kolektivin rəğbət hissini qazanan Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi  adı, hal-hazırda hər kəs tərəfindən hörmət və rəğbət hissi ilə  çəkilir.


    Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.

    Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və  həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Ramil Əliyev, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb

 

 

. Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Ramil Əliyev, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Ramil müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Ramil Əliyev tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi  peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

   Hər kəsə bəllidir ki, Ramil Əliyev yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir  edən əsas səbəblər olub. Ramil Əliyev, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Ramil Əliyev elə  bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

   

O da hər kəsə bəllidir ki, Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Ramil Əliyev yüksək elmi savada və texniki biliyə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəblər üzündəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları da əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması, məhz Ramil Əliyevin hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini də göstərir. Ramil Əliyev ona həvalə olunan hər bir işin öhdəsindən yüksək professionallıqla gəlməyi də bacarır. Bəli, o, bugünə kimi hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Ramil Əliyevin əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir


Bizdə bu çətin və şərəfli işində Ramil müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.

 

....

 

Son xəbərlər

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Bakıda TDT mərkəzi banklarının Şurasının toplantısı olub, tədbirə ev sahibliyi Türkiyəyə ötürülüb

Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM

Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib

İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq

Murat Kurum: Türkiyə COP31-də Bakı hədəfi başda olmaqla öhdəliklərin icrasını prioritet hesab edir

İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq

Pakistan Azərbaycanın iqlim gündəliyinin irəli aparılması səylərini yüksək qiymətləndirib

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib

Göyçayda 9 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb

Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib

Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil

Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

Keşlədə obyekt yanır

Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq

DTX rəsmisi: "Dünyada enerji sektoruna həftəlik mindən çox ciddi kiberhücum qeydə alınır"

Rusiya Xarkov və Xerson vilayətlərinə hücum edib: 9 nəfər ölüb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib

Əlilliyi olan şəxslərə zəruri həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları təsdiq edilib

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün finalda Ukrayna ilə qarşılaşacaq

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır

Bütün xəbərlər