{category-title}

 

 

 Hər kəsə güntəki aydındır ki, yerlərdə vəzifə sahibi olan şəxslərin sakinlərə qarşı bəslədikləri münasibətlərin varlığı, həyata keçirdikləri idarəetmənin göstəriciləri, bir sözlə yürüdülən dövlət siyasətinin müdafiə olunması istiqamətində atdıqları addımlar və s. çox zaman ictimai müzakirələrə səbəb olur. Düzdür, elə hallar olur ki, həmin şəxslərə qarşı ictimai fikirdə rəğbət hissi formalaşır,  elə hallar da olur ki, onlara qarşı nifrət, qəzəb, hətta ən nəlayiq sözlərin ifadə olunduğu yanaşmalar da ortaya qoyulur. Belə olan halda ortaya maraqlı və düşündürücü suallar çıxır ki, görəsən bu kimi yanaşmaların kökündə nələr dayanır? Belə bir sualı cavablandırmaq üçün isə, heç də alim olmaq gərək deyil. Çünki, istənilən sahəyə rəhbərlik edən şəxs ilk öncə üzərinə düşən vəzifənin məsuliyyətini hiss etməli, sakinlərə qarşı davranışında normativ tələblərə əməl etməli, atdığı addımları ilə ətrafdakılara nümunə olmalı, problemlə üz-üzə qalan hər kəsi dinləməli və imkan daxilində insanlara kömək əlini uzatmalı, ən əsası bir vətəndaş olaraq öz iradəsini ortaya qoymağı da bacarmalıdır. Haqqında bəhs etdiyimiz 46 saylı Cəlilabad Yol Istismar İdarəsi rəisi Xudayar Rəhimovda, məhz sadaladığımız belə bir göstəriciləri özündə cəmləşdirən vəzifə sahibidir. Bir müddət bundan öncə adı çəkilən kənddə olmağımız, yerli sakinlərdən bəziləri ilə etdiyimiz söz-söhbətlər, ümumi müşahidlərimiz və s. bizdə belə bir qənaətin formalaşmasına səbəb oldu ki, Xudayar Rəhimov üzərinə düşən vəzifəsini lazımınca yerinə yetirən, rəhbərliyin verdiyi tapşırıqların həllinə çalışan, ələlxüsus sadə sakinlərin yanında olan şəxsdir. Bu kimi göstəriciləri özündə cəmləşdirən, həyata keçirdiyi müdrik idarəçiliyin varlığı səbəbindən 46 saylı Cəlilabad Yol Istismar İdarəsinin kolektivin rəğbət hissini qazanan 46 saylı Cəlilabad Yol Istismar İdarəsi rəisinin  adı, hal-hazırda hər kəs tərəfindən hörmət və rəğbət hissi ilə  çəkilir.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, son illər bu sahədə infrastruktur imkanları getdikcə artır, ölkəmizin avtomobil yolları dünya standartlarına uyğunlaşdırılır.Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra həyatın bütün sahələrində olduğu kimi, nəqliyyat-yol sektorunun fəaliyyətində də tənəzzülə son qoyuldu. Ulu öndərin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri də məhz yol təsərrüfatının inkişafına göstərilən diqqət və qayğının parlaq təzahürü idi.

46 saylı Cəlilabad Yol Istismar İdarəsi rəisi Xudayar Rəhimovun uğurlu xidmətləri sayəsində onların Bakı şəhərində iş apardığı küçələr, yollar əsaslı şəkildə təmir olunub İdarə üçün əsas hədəf sakinlərin, qonaqların rahat hərəkəti üçün yolların bərpasıdır. Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Eləcə də 46 saylı Cəlilabad Yol Istismar İdarəsi rəisi Xudayar Rəhimov da bunu əsas tutaraq gördüyü işləri mükəmməl şəkildə icra edir. Onun sayəsində yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir.


Bu gün Xudayar müəllim var gücü ilə çalışır ki, yol sarıdan insanların problemi olmasın. Bakıda hamıya məlumdur ki, Xudayar Rəhimovun güclü idarəetmə bacarığı sayəsində 46 saylı Cəlilabad Yol Istismar İdarəsi qısa vaxt ərzində böyük uğurlara imza atıb.

Xudayar Rəhimov hər zaman dövlətə - dövlətçiliyə, xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir . Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir. Xudayar Rəhimovun həyat səlnaməsinə nəzər salanda görürük ki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır.

46 saylı Cəlilabad Yol Istismar İdarəsi rəisi  vəzifəsini daşıyan və daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran Xudayar Rəhimov, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Xudayar Rəhimov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Xudayar Rəhimov, yüksək elmi savada və texniki biliyə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəblər üzündəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları da əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması, məhz Xudayar Rəhimov hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini də göstərir. Xudayar Rəhimov ona həvalə olunan hər bir işin öhdəsindən yüksək professionallıqla gəlməyi də bacarır. Bəli, o, bugünə kimi hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Xudayar Rəhimov əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir.

Son xəbərlər

Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub

Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi

Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Tramp: ABŞ Çinlə ticarəti qarşılıqlı prinsip əsasında qurmaq niyyətindədir

Azərbaycana virusa qarşı yeni peyvənd gətiriləcək

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib

"Heydər Əliyev və Azərbaycan Ədliyyəsi" kitabının təqdimatı olub

Rusiya Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesi axtarışa verib

Rusiya yeni "Sarmat" raketini uğurla sınaqdan keçirib

Şagirdlər üçün çox vacib sənəd hazırlandı

İran təsir zonasını 10 dəfə artırıb

Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır

Bakıda WUF13 ilə bağlı keçiriləcək tədbirlərdə 8 dil üzrə sinxron tərcümə təmin ediləcək

SEPAH-la əlaqəli 4 nəfər dəniz yolu ilə Küveytə girməyə cəhd edib

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər

Qağaməli Seyfullayevin deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

İranda Bəluc qruplaşması ilə əlaqəli şəxs edam edilib

Qarayaxma kampaniyaları həqiqəti kölgədə qoya bilməz

Anar Əliyev Xankəndidə vətəndaşları qəbul edəcək

Biləcəridə işıq olmayacaq

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsi bu gün başlayır

Sabirabadda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb

İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Bütün xəbərlər