{category-title}

 

Dünyada ilk dəfə “Gənclər günü” 1998-ci ildə avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə elan olunur. MDB məkanında və Şərqi Avropa ölkələri sırasında isə, bu gün ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlayıb. Belə ki, 2 fevral 1996-cı il tarixdə xalqımızın ulu öndəri, mərhum prezidentimiz Heydər Əliyevin dəstəyi ilə, ölkəmizdə gənclərin 1-ci forumu keçirilir və bir il sonra, Ulu Öndərin imzaladığı 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə, 2 feval günü “Gənclər günü” elan olunur. Belə bir sərəncam imzalandıqdan sonra, ölkəmizdə hər ilin 2 feval günü “Gənclər günü” deyə qeyd olunmağa başlayır. Bu da ulu öndər Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olur. Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə gənclər siyasətinin əsas qoyuldu və 1994-cü ildə, məhz bu siyasəti həyata keçirmək məqsədilə Gənclər və İdman Nazirliyi də yaradılır. Nazirlik fəaliyyətə başladıqdan az sonra, mərhum prezidentimizin rəhbərliyi altında ölkəmizdə gənclərlə bağlı məsələlərə diqqət və qayğı daha da artırıldı. Belə bir diqqət və qayğının nəticəsi olaraq, hal-hazırda ölkəmizdə kifayət qədər intellektual qabiliyyətə malik olan, istedadlı, elmli, geniş dünyagörüşlü gənc nəsil formalaşmaqdadır. Bu da Azərbaycan hakimiyyətinin bu sahədə həyata keçirdiyi müdrik siyasətin nəticəsidir.

Artıq ənənə halını almış “Gənclər günü” hər il ölkəmizdə böyük canfəşanlıqla keçirilir və bu günün gəlişi ərəfəsində, hətta bir çox layihə proqramları da həyata keçirilir. Atılan belə bir addımlar gənc nəslin gələcəyə ümidini artırmaqla bərabər, eyni zamanda gənclərdə gələcəyə böyük ümid hissi də formalaşdırır. Bu gün ölkəmizdə qeyd olunan “Gənclər günü”, məhz əlamətdar bir günə çevrildi. Belə bir səbəb üzündən də, həm Azərbaycan gəncliyinin bir nümayəndəsi, həm də 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün, 99 saylı Şəmkir kənd seçki dairəsində namizədliyi qeydə alınmış bir şəxs olaraq, bütün gənclərimizi ürəkdən təbrik edir, hər kəsə bu işıqlı dünyada xoş gələcək, sağlam həyat və xoş günlər arzulayıram.

Əziz gənclər, hamılıqla bayramınız mübarək!

Vəsilə Abulova 99 saylı Şəmkir kənd seçki dairəsindən qeydə alınmışnamizəd

Son xəbərlər

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Bütün xəbərlər