{category-title}

Gündəm / Cəmiyyət
13.01.2023, 13:18
Putin Murtaza Rəhimovun dəfn mərasiminə getdi

Rusiya prezidenti Vladimir Putin Başqırdıstanın birinci prezidenti Murtaza Rəhimovla vidalaşmaq üçün Ufaya gedib.
PressXeber.info xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin Rəhimovla vidalaşma səfərindən heç bir görüntü yayılmayıb.
Qeyd edək ki, Başqırdıstan Respublikasının birinci prezidenti Rəhimov 2023-cü il yanvarın 11-də 88 yaşında vəfat edib. Siyasətçi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.