{category-title}

DTX Yunis Səfərovun silahdaşını Azərbaycana ekstradisiya etdi


Dövlət Təhlükəsizliyi Xidmətində İran xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək qanunsuz silahlı birləşmə yaradılması, onlara ölkə hüdudlarından kənarda radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə xüsusi hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək başqa adlarla müxtəlif dövlətlərin ərazilərində terror-təxribat əməllərinin törədilməsinə cəlb olunmaları faktlarına görə başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aparılır.

DTX-dən verilən məlumata görə, ibtidai istintaq zamanı, 1967-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Yusifov Taleh Rəşid oğlunun şəxsi nüfuz və əlaqə imkanlarından istifadə edərək vətəndaşlarımızın İran İslam Respublikasının ərazisində yaradılan “Hüseyniyun” adlı qanunsuz silahlı birləşməyə cəlb edilməsini üçüncü ölkə ərazisindən təşkilini həyata keçirməsi, bu istiqamətdə görülən işlərin gizliliyini və maliyyələşdirilməsini təmin etməsi, “Təqi” ləqəbi altında qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib. 

Həmçinin müəyyənləşdirilib ki, Taleh Yusifov 2016-cı ilin əvvəllərində İran ərazisinə keçib Səfərov Yunis Rafiq oğlu (məhkum edilmişdir), Əsədov Rövşən Elçin oğlu və digərləri ilə birlikdə gizli yaratdıqları qanunsuz silahlı birləşmənin tərkibində müxtəlif silahlarla hərbi təlimlərdə iştirak edib, həmin şəxslərlə birgə Suriya ərazisində xarici mütəxəssislər tərəfindən xüsusi təyinatlı texnikaların tətbiqi ilə müşayiət olunan hərbi xarakterli əməliyyat tədbirlərinin planlaşdırılması, kəşfiyyat işlərinin aparılması ilə bağlı xüsusi təlimlər keçib. 

Taleh Yusifov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib.

İstintaqla Taleh Yusifovun xarici ölkə ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən olunub və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq Azərbaycana ekstradisiya edilib.

Hazırda cinayət işi üzrə aradırmalar davam edir.

Son xəbərlər

Mixail Kavelaşvili: Azərbaycanla strateji tərəfdaşlığın çoxtərəfli inkişafı Gürcüstan üçün prioritetdir

Sabah arabir yağış yağacaq

TBMM komissiyası 15 yaşdan aşağı şəxslərin sosial mediaya giriş qadağasını təsdiqləyib

Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir

Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib, 41 mədənçi yerin altında qalıb

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

NİİM: Yağışa görə bəzi ərazilərdə nəqliyyatın hərəkəti çətinləşib, sıxlıq yaranıb

Dünya bazarlarında “Brent” nefti bahalaşıb

Odessanın atəşə tutulması nəticəsində üç nəfər həlak olub

SEPAH: İran səfirliklərinə hücum olarsa, bölgədəki İsrail səfirlikləri qanuni hədəf olacaq

Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib

Zelenski Türkiyəyə gedib

Rusiya Ukraynada Nikopol şəhərindəki bazara zərbə endirib: 5 ölü, 19 yaralı var

Sabah yağış yağacaq

SEPAH ABŞ-nin Ər-Riyaddakı səfirliyinə hücumla əlaqəsini təkzib edib

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək

Almaniya Orta Dəhlizin imkanlarını araşdırmaq üçün Azərbaycana biznes-missiya göndərəcək

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezident təqaüdü təyin edilib

"La nostra Gazzetta": Bakı şəhəri WUF13-ə tam hazırdır

Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı

Bütün xəbərlər