{category-title}

 

DTX-dən ƏMƏLİYYAT - HƏBS EDİLƏNLƏR VAR

 


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak edən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunub.

PressXeber.info  DTX-nin saytına istinadən xəbər verir ki, istintaqla Azərbaycan Respublikasının vətəndaşları - 1980-ci il təvəllüdlü Cumayev Mənsur Məmmədəli oğlunun və 1971-ci il təvəllüdlü Cahangirov Nəsir Qaçay oğlunun ölkə hüdudlarından kənarda, getdikləri dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib.

Aparılmış araşdırmalara əsasən məlum olmuşdur ki, Mənsur Cumayev və Nəsir Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə orada fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olmuş və həmin silahlı qruplaşmanın tərkibində döyüş təlimlərində və əməliyyatlarında iştirak etmişlər.


Faktla bağlı Mənsur Cumayev və Nəsir Cahangirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmuş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Adları qeyd olunan şəxslər istintaq zamanı törətdikləri cinayət əməlini etiraf etmiş və səmimi peşmançılıq hissi keçirdiklərini bildirmişlər.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Son xəbərlər

Əraqçinin müavini Trampın Hörmüz boğazı ilə bağlı ərazi iddiasına cavab verib: İllüziyaları tezliklə düzəldəcəyik

Britaniyanın yeni səfiri: Etimadnaməmi İlham Əliyevə təqdim etmək mənim üçün böyük şərəf oldu

Moskva vilayətində məktəb təlimlərində baş verən partlayışda dörd müəllim xəsarət alıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Sabah dörd şəhər və rayonda qaz olmayacaq

Bakıda istifadəsiz tikilidə yanğın baş verib

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək

Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir

Moskva vilayətinə son iki ilin ən böyük dron hücumu olub, 5000-dən çox insan işıqsız qalıb

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Ədalət Mədətoğlu vəfat etdi – FOTO

BİZİM TƏQVİM:18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür

Hörmüz boğazında gəmiyə hücum edilib, ekipaj üzvü həlak olub

"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir

Samuxda bir nəfər kanalda batıb

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Nikah və boşanmaların sayı azalıb

Azərbaycanda avtomobil benzininin istehsalı artıb - CƏDVƏL

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Bütün xəbərlər