{category-title}

"La nostra Gazzetta": Bakı şəhəri WUF13-ə tam hazırdır

Azərbaycanın paytaxtı Bakı şəhəri Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsinə tam hazırdır.

Bu barədə Elnur Camalxanovun İtaliyanın tanınmış "La nostra Gazzetta" saytında dərc olunan məqaləsində deyilir.

Müəllif bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının digər sektorlarında olduğu kimi, nəqliyyat sahəsində də inklüziv və dayanıqlı inkişafa nail olunub: "Hazırda 7,1 % ilə nəqliyyat və anbar təsərrüfatı ümumi daxili məhsulun strukturunda üçüncü ən böyük sektordur. 2025-ci ildə nəqliyyat sektorunda 9 milyard 166 milyon manatlıq yeni dəyər yaradılıb. Bu nəqliyyat sektorunda aparılan islahatların real nəticəsi deməkdir".

Məqalədə qeyd olunub ki, gələn ay Azərbaycan paytaxtı COP29-dan sonra dünyanın ikinci ən böyük tədbiri hesab olunan WUF13-ə ev sahibliyi edəcək: "May ayının 17-dən 22-nədək keçiriləcək forum qlobal şəhər idarəçiliyi, infrastruktur və dayanıqlı şəhər strategiyalarının müzakirə olunduğu ən nüfuzlu platformalardan biridir. Bakı şəhəri WUF13 iştirakçılarını tam hazır, mərkəzləşmiş və koordinasiyalı nəqliyyat sistemi ilə qarşılayaraq, hər detaldan maksimum səmərə əldə etməyə hazırdır".

Onun sözlərinə görə, xüsusilə COP29 və digər qlobal forumlarda əldə edilmiş təcrübələr, Bakının nəqliyyat infrastrukturu və xidmətlərinin peşəkarlıqla planlaşdırılmasına və optimallaşdırılmasına yönəldilib: "Bu təcrübələr Bakı şəhərinə imkan verir ki, WUF13-də qonaqlara rahat, təhlükəsiz və sürətli nəqliyyat imkanları təqdim etsin, həmçinin şəhərin beynəlxalq arenada imicini gücləndirsin. Bakı nəqliyyat sistemi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), "AZCON Holding"ə daxil olan "Bakı Taksi Xidməti", "BakuBus", o cümlədən Bakı Metropoliteni və digər əlaqəli qurumların əməkdaşlığı ilə mərkəzləşmiş koordinasiya platformasında işləyir. Hər bir qurum əməliyyat komitəsi ilə sinxron şəkildə fəaliyyət göstərir, şəhərin müxtəlif zonalarında nəqliyyat axını optimallaşdırılır, həm ictimai nəqliyyatın, həm də taksi xidmətlərinin fəaliyyəti maksimum səmərəli hala gətirilir. Bu yanaşma, təkcə yerli sakinlər üçün deyil, həm də xarici qonaqlar üçün rahat və planlı nəqliyyat təcrübəsi təmin edir".

E.Camalxanov vurğulayıb ki, forum zamanı Bakı şəhərinin yolları, avtobus marşrutları, taksi stansiyaları və digər nəqliyyat infrastrukturu əvvəlcədən planlaşdırılıb: "Hər bir detal - sıxlıq analizi, marşrut planlaması, yol nişanları və elektron göstəricilər - əməliyyat komitəsinin nəzarəti altında hazırlanır. Bu, şəhərin nəqliyyat sisteminin həm funksional, həm də vizual cəhətdən qonaqlar üçün əlçatan və rahat olmasını təmin edir. Baku Taxi və BakuBus xidmətləri, forum iştirakçılarının əsas nəqliyyat ehtiyaclarını qarşılamaq üçün xüsusi hazırlıqlar görüb. "Bakı Taksi Xidməti", həm şəhər daxilində qısa məsafəli səyahətlər üçün, həm də qonaqların otellərdən forum mərkəzlərinə rahat daşınması üçün hazırdır. "BakuBus" isə qlobal standartlara uyğun, dəqiq cədvəllər və qabaqcadan optimallaşdırılmış marşrutlar ilə xidmət göstərir. Xarici qonaqlar üçün həm mobil tətbiqlər, həm də fiziki informasiya lövhələri vasitəsilə hər bir marşrut və dayanacaq barədə məlumat təmin olunur".

İtaliya KİV-ində bildirilib ki, Bakı şəhərinin mərkəzləşmiş nəqliyyat sistemi yalnız texniki hazırlıqla məhdudlaşmır: "Burada insanların rahatlığı, xidmətdə səmimiyyət və qonaqpərvərlik də ön plandadır. Hər bir dayanacaq, hər bir avtobus stansiyası, hər bir taksi xidməti qonaqların məmnuniyyətini qazanmaq üçün nəzərdə tutulub. Bu yanaşma, şəhərin yalnız fiziki infrastrukturunu deyil, həm də xidmət keyfiyyətini beynəlxalq standartlara uyğunlaşdırır. Bütün bu hazırlıq və koordinasiya, WUF13-də Bakı şəhərinin mükəmməl bir ev sahibi kimi təqdim olunmasına zəmin yaradır. Forum iştirakçıları həm şəhərin zəngin mədəniyyətini və tarixi yerlərini kəşf edə biləcək, həm də rahat, təhlükəsiz və sürətli gediş gəliş imkanlarından faydalana biləcəklər. Bakı, həm yerli sakinlər, həm də qlobal qonaqlar üçün mərkəzləşmiş, koordinasiyalı və mükəmməl nəqliyyat sistemi nümunəsi yaradıb".

Sonda vurğulanıb ki, Bakı şəhəri WUF13-ə tam hazırdır: "Köhnə təcrübələrdən öyrənilən dərslər, peşəkar əməliyyat komitəsi, planlı icra, AYNA, Baku Taxi, BakuBus və Bakı Metropoliteninin koordinasiyası ilə bütün nəqliyyat elementləri sinxron işləməsinə imkan yaratmaqdadır. Forum iştirakçıları və qonaqlar pozitiv, stressiz və mükəmməl bir təcrübə ilə şəhəri kəşf edə biləcəklər. Bakı WUF13-də nəqliyyat sahəsindəki hazırlığı ilə beynəlxalq səviyyədə nümunə göstərməyə hazırdır. Bu, Azərbaycanın inkişaf etmiş potensial və imkanlarını yenidən təqdim etməsində şərait yaradacaq".

Son xəbərlər

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb

Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub

Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Əli Əsədov Oljas Bektenovu təbrik edib

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Bütün xəbərlər