{category-title}

Bakıda köhnə binalardakı evlər ucuzlaşa bilər - İpoteka qaydaları dəyişir


Bakıda köhnə binalardakı mənzillər ucuzlaşacaq.

Trend-in bazardakı mənbələrdən əldə etdiyi məlumata görə, yaxın zamanlarda paytaxtda köhnə tikili olan binalarda mənzillərin ucuzlaşacağı proqnozlaşdırılır. Buna səbəb isə bəzi qaydaların tezliklə dəyişdirilməsinin nəzərdə tutulmasıdır.

Belə ki, hazırda mövcud qaydalara əsasən, 1970-ci ildən sonra istifadəyə verilmiş binalarda olan mənzillər həm dövlət ipotekasına, həm də bankların təklif etdiyi daxili ipoteka təkliflərinə yararlıdır.

Əmlak satışı mütəxəssislərinin verdikləri məlumata əsasən, yaxın zamanlarda bu qaydanın dəyişdirilməsi gözlənilir. Bu qaydanın 2000-ci ildən sonra istifadəyə salınmış binalara şamil olunacağı gözlənilir. Belə olan halda isə, köhnə tikililərlə tələbat kəskin azalacaq.

Məsələ ilə bağlı sayta açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, növbəti ilin birinci yarısında süni şəkildə şişirdilmiş qiymətlərdə ciddi enmələr olacaq: "Bu enmələr köhnə tikili binalarda olacaq, amma yeni tikili binalarda qiymətlərin enməsi çətindir. Çünki yeni tikili binalarda alternativ olduqca azdır, yeni binaların tikilməsi üçün ərazi çox azdır və tikinti prosesi də baha başa gəlir. Köhnə binalarla bağlı qiymətlərin azalması qaçılmazdır. Hətta ipotekalarla bağlı qaydalar dəyişməsə belə, köhnə binalardakı mənzillərin qiymətində enmələr baş verəcək, çünki artıq azad olunmuş əraziləmizdə də ciddi tikinti işləri aparılır, vətəndaşlarımız həmin ərazilərə köçürülməsi ilə bu qiymət enməsi daha da sürətlənəcək".

O əlavə edib ki, Bakı şəhərində istismar müddəti bitirmiş 11 minə qədər bina var: "Bu mənzillərin ipoteka krediti ilə satılması qaydalara əsasən mümkün deyil. Əslində köhnə binalarda mənzillərin qiyməti azalmalı, indiki qiymətlərdən ən azı 50 faiz aşağı olmalıdır. Lakin 2016-cı ildə Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən istismar müddəti bitmiş binaların sökülərək yerində yeni binaların tikimləsi planlaşdırılır. Bu da köhnə mənzillərin müəyyən qədər bahalaşmasına səbəb oldu, bəziləri fikirləşdi ki, bu mənzilləri alıb saxlamaqla, nə vaxtsa yeni binadan mənzil əldə edəcək, amma bu proses də 10 illiklər ərzində aparılacaq prosesidir".

"Sentyabr ayından sonra köhnə binalarda növbəti qiymət artımları baş verdi. Belə ki Rusiyada səfərbərlik elan olunduqdan sonra vətəndaşlar düşündü ki, Rusiyadan Bakıya ciddi axın olacaq və onlar gəlib Bakıdan mənzillər alacaqlar. Müəyyən vəsaiti olan vətəndaşlarımız da köhnə mənzilləri almağa başladı ki, Rusiyadan gələnlərə bu mənzilləri daha baha qiymətə satıb mənfət götürsün. Lakin belə olmadı, Rusiyadan Azərbaycana ciddi axın gəlmədi, əksinə Rusiyada biznesi olan azərbaycanlılar, özləri Azərbaycanda olan əmlaklarını satırlar. Ona görə ki, həmin şəxslər Rusiyada ziyan görmüş bizneslərini xilas etməyə çalışırırlar", - deyə o əlavə edib.

Son xəbərlər

Fransız hərbçiləri nüvə sualtı qayıqlarının bazası üzərindəki dronlara atəş açıblar

Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır

Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib

Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq - SƏRƏNCAM

Qırğızıstan BMT Təhlükəsizlik Şurasına üzv olmaq istəyir - Liderlərdən ÇAĞIRIŞ

Naxçıvanda Komando kursunun növbəti buraxılışı olub - VİDEO

KİV: HƏMAS Qəzza zolağının idarə edilməsindən imtina etməyə razıdır

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Putin Hindistana getdi

ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ

Şuşada ifaçılıq mərkəzi tikiləcək

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH

Azərbaycan və İraq neft-qaz əməkdaşlığını müzakirə edib

Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb

Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Beynəlxalq Türk Akademiyasının prezidenti: Azərbaycan böyük alimləri ilə fəxr etməlidir

Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib

Ermənistanda məcburi hərbi xidmət müddətini qısaltmaq təklif olunub

23 nəfəri daşıyan mikroavtobus kanala aşdı

KİV: İtaliya tərəddüdlərdən sonra Ukrayna ilə bağlı siyasətini dəyişib

“Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

"Dövlət xidmətləri haqqında" qanun təsdiqlənib

Bütün xəbərlər