{category-title}

Bakıda evlərin qiyməti 2 dəfə BAHALAŞACAQ - Bu tarixdən...

 

Bakı şəhərində mənzillərin qiyməti 2 dəfəyə qədər bahalaşacaq...

"Hazırda paytaxtın mərkəzindəki evlərin bir kavdratmetri 2000-3000 manat arasında dəyişir".

Bunu tikinti eksperti Elnur Fərzəliyev Redaktor.az-a hazırda mənzil bazarında evlərin satış qiymətlərindən danışarkən deyib.

Onun sözlərinə görə, qiymətlərin baha olması binada sakinlərə göstərilən xidmətlərlə bağlıdır:

"Bu tip binalarda mənzil qiyməti standart binalardakı evlərdən xeyli baha olur. Hazırda şəhərin mərkəzində bir kvadratmetri 5000 manata qədər olan mənzillər var. Xüsusən, bu mənzillər şəhərin Səbail, Nəsimi rayonunda yerləşir. Nərimanov rayonunda da bahalı mənzillər var. Burada bir kvadratmetri 900 manatdan 3500 manata qədər olan yeni tikili mənzillər var”.

Onun sözlərinə görə, ucuz mənzillər Yeni Yasamal, Həzi Aslanov, Günəşli, Xırdalan, Masazır ərazilərindədir:

"Bu ərazilərdə kvadratmetri 700-800 manata hazır binalarda təmirsiz mənzil almaq olar. Qiymətlərin dəyişməsi binaların proyektinə görə dəyişir. Köhnə binalarda məsələn Elmlər Akademiyası, Nərimanov ərazisində “Xruşovka” proyektində olan birotaqlı  mənzilin qiyməti 55-60 min manat arasındadırsa, “Stalin” layihəli bir otaqlı mənzilin qiyməti ortalama 80-100 min manat arası dəyişir. İkiotaqlı mənzil “Xruşşovka” tipli layihədə 80 min manatdırsa, 120-130 min manata  “Stalin”proyektindədir".

Ekspert qeyd edib ki, ilin sonuna qədər mənzillərin qiyməti düşməyəcək:

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti şirkətlərinə şərt qoyub ki, binalar normativlərə uyğun tikilsin. Bu normativlər də tikinti şirkətlərinə sərf etmədiyinə görə, tikinti şirkətləri 60-70 faiz işlərini dayandırıblar. Köhnədən sərəncam alan tikinti şirkətləri  binaları tikə bilərlər. Amma yeni başlayan tikinti şirkətləri bu şərtlərlə evləri tiksələr, Bakı şəhərində mənzillərin qiyməti 2 dəfəyə qədər bahalaşacaq. Amma hazıra evlərin qiyməti əvvəlki illərlə müqayisədə stabil olaraq qalır. İpoteka kreditləri verilsə, pilot layihəyə düşən köhnə tikili binalarda evlərin qiyməti artacaq. Məsələn, Gənclik ərazisində  beşmərtəbəli binada ikiotaqlı mənzilin qiyməti 80 min manatdır. O ev pilot layihəyə düşərsə, sakinə yeni binada mənzil verildiyi təqdirdə, həmin  mənzilin qiyməti 120-130 min manat olacaq. Söküntülər başlasa, köhnə binalardakı evlərin də qiymətləri artacaq”.

Son xəbərlər

Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb

Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Küləkli havada 4 nəfər xəsarət alıb

Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir

Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

Kanaldan meyit tapıldı

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

Bütün xəbərlər