{category-title}

Bu dövlət qurumunun əməkdaşı işi özbaşına tərk edərək qətl törədibmiş
Ötən ilin noyabr ayının 9-da Sumqayıt şəhərində tənha yaşayan 1945-ci il təvəllüdlü Züleyxa Osmanovanın qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hadisəni törədən Xızı sakini, 1995-ci il təvəllüdlü Xanəhməd Rüstəmov Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (xüsusi amansızlıqla və quldurluq niyyətilə adam öldürmə) və 181.3.3-cü (Quldurluq-sağlamlığa ağır zərərvurmaqla) maddələri ilə təqsirləndirilib.
Məhkəmədə məlum olub ki, hadisəni törədən Xanəhməd Rüstəmov "Azərbaycan Dəmir Yolları" QSC-nin Mühafizə Departamentinin yüklərin və obyektlərin mühafizə komandasının əməkdaşı olub. O, hadisə baş verən gün xidmətdə olub və iş yerini özbaşına tərk edərək oğurluq məqsədilə əvvəlcədən seçdiyi mənzilə yaxınlaşıb.
Banka xeyli miqdarda kredit borcu olan X.Rüstəmov Sumqayıtda bir gün əvvəldən müəyyən etdiyi və kimsənin yaşamadığını düşündüyü mənzilə binanın yağış borusuna dırmaşmaqla çıxıb. O, gecə saat 04 radələrində 3-cü mərtəbədəki mənzilə eyvandan daxil olaraq axtarışa başlayıb və bu zaman mənzilə yaşayışın olduğunu, qonşu otaqdan səs gəldiyini görüb. Daha sonra Xanəhməd eyvandan götürdüyü daşla Z.Osmanovaya ağır zərbələr endirib, onun ölmədiyini gördükdə isə yerə yıxaraq boğub. Evdən 40 manat pul, telefon, noutbuk götürən şəxs daha sonra oradan uzaqlaşıb.
Məhkəmədə bildirilib ki, Z.Osmanovanın övladları İngiltərə və Hollandiya vətəndaşıdır və o, vaxtaşırı olaraq xaricə gedərək övladı ilə qalıb. Azərbaycana qayıtdıqda isə Sumqayıtdakı evində tək yaşayıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs tutulub. O, törətdiyi əməli etiraf edib.
Məhkəmə prosesində ifadə verən QSC-nin Mühafizə departamentinin yüklərin və obyektlərin mühafizə komandasının rəisi X.Rüstəmovun hadisə baş verən gün sutkalıq xidmətdə olduğunu və iş yerini özbaşına tərk etdiyini bildirib.
X.Rüstəmov isə evə basqın etməzdən əvvəl xidməti geyimini çıxararaq mülki paltar geyindiyini deyib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Rüstəmova 19 il müddətinə həbs cəzası verilib.

 

Son xəbərlər

AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında C qrupunun daha iki oyunu keçiriləcək

BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr

Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib

Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL

Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB

Bütün xəbərlər