{category-title}

Balta ilə QƏTL qətl törədən şəxsin məhkəməsi başladı

 

 

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Ruslan İlyasovun cinayət işi hazırlıq iclası keçirilib.

 

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. R.İlyasovun daha əvvəl də adam öldürməyə görə məhkum edildiyi məlum olub.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Mərdəkan qəsəbəsində yerləşən bağ evində baş verib. Məlumata görə, 46 yaşlı R.İlyasov bağban işlədiyi bağ evinin sahibi Musayev Sergey Anatolyeviçi qətlə yetirib. Cinayət aləti qismində oraq və baltadan istifadə olunduğu müəyyən edilib.

Hadisə yerini tərk edən R.İlyasov daha sonra polisə zəng edərək, qətl törətdiyini, ən qısa zamanda öz xoşu ilə bölməyə gələrək təslim olacağını söyləyib. İstintaq-əməliyyat qrupunun üzvləri hadisə yerinə gələn zaman İlyasov orada olmayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan İlyasov dindirilən zaman Musayevi qısqanclıq zəminində qətlə yetirdiyini açıqlayıb. O bildirib ki, Musayevin onun həyat yoldaşına gözü düşüb və ona sataşıb.

Hüquq mühafizə orqanı əməkdaşları İlyasovun həyat yoldaşının 70-dən çox yaşının olduğu faktını nəzərə alaraq, bu ifadənin inandırıcı səslənmədiyini bildiriblər. R.İlyasovla həyat yoldaşı arasında böyük yaş fərqi də suallar yaradıb.

R.İlyasova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

“Qızıl top”a əsas namizədlər bəlli olub

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub

Tramp İranla Hörmüz razılaşması üzrə danışıqların yaxşı getdiyini bildirib

Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Bütün xəbərlər