{category-title}

Həmid Həsənov: Azərbaycan parlaq gələcəyinə doğru inamla irəliləyir

Həmid Həsənov

AZFEN-in prezidenti

 

Sentyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının sədri, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə mühüm və yaddaqalan beynəlxalq toplantıda iştirak edib.

 

Olkənin logistika və iqtisadi inkişaf imkanlarını qeyd edən dövlət başçısı sammitdəki çıxışında bildirib ki, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.


Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir.
Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.
Eyni zamanda bildirilib ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.


Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq.Bildirilib ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törədib. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Qeyd etmək lazımdır ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunmuşdur.Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.
Ölkəmiz beynəlxalq münasibətlər sistemində ən nüfuzlu təşkilatlarla əməkdaşlıq edir, çoxsaylı təşkilatların üzvdür. Şanxay Əməkdaşlıq Təşkilatıkimi mötəbər beynəlxalq təşkilatının sammitində iştirak Azərbaycanın beynəlxalq nüfuzunun artmasını bir daha təsdiqləyir.

Son xəbərlər

Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik

Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib

Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Qurtuluş Günüdür

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb

Xüsusi qabiliyyət imtahanlarına start verilir

Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur

Milli Məclisin iclası başlayıb

Ağdaşda avtomobili ildırım vurub, yanğın olub

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Azərbaycan XİN Rusiyanı təbrik etdi

DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq

Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”

AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

Bu il 116 550 şagird məzun olur

İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ

Göygöldə 2 nəfər göldə boğularaq ölüb

Bakıda obyektdə yanğın başlayıb

Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb

Bütün xəbərlər