{category-title}

Gündəm / Cəmiyyət
15.06.2026, 12:24
Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib

Rusiya Ukraynaya gecə hücumu zamanı 611 pilotsuz uçuş aparatından (PUA) və 70-dən çox raketdən istifadə edib, raketlərin 60-dan çoxu Kiyevə atılıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.
O bildirib ki, zərbə nəticəsində Kiyevdə 4 nəfər ölüb, 28 nəfər yaralanıb.
"Rusiyanın Kiyev-Peçersk lavrasına zərbəsi nəticəsində XI əsrə aid Uspenski kafedralı alovlanıb. Fövqəladə Hallar üzrə Dövlət Xidməti artıq kafedralın damındakı yanğını söndürüb", - o qeyd edib.
Bundan əlavə, onun sözlərinə görə, Xarkovda Rusiya qüvvələri əvvəlki hücumun fəsadlarını aradan qaldıran xilasedicilərə zərbə endiriblər. Nəticədə 5 nəfər ölüb, 9 nəfər yaralanıb.
Onun sözlərinə görə, hücumlara həmçinin Kiyev, Dnepropetrovsk, Donetsk, Zaporojye, Sumı və Nikolayev vilayətləri məruz qalıb. Dneprdə Rusiya dəmir yolu vağzalının, kollecin və bir neçə müəssisənin ərazisinə zərbələr endirib.
