{category-title}

Azərbaycan - "Bir kəmər, bir yol" əməkdaşlığının fəal ölkəsi

 

Ötən həftə dünyanın diqqəti Çinin paytaxtı Pekinə yönəlmişdi. Pekin 37 dövlət və hökumət başçısının, beynəlxalq və regional təşkilatların rəhbərlərinin iştirak etdiyi ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumuna ev sahibliyi etdi. Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin 2013-cü ildə elan etdiyi "Bir kəmər, bir yol" adlı yeni iqtisadi inkişaf strategiyası tarixi İpək Yolu üzərində yerləşən dövlətlər də daxil olmaqla Çinin xarici ölkələrlə qarşılıqlı əlaqələrinin inkişafına və ticari-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı müvafiq infrastruktur yaradılmasına yönəlib. Bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: "İpək Yolu İqtisadi Kəməri" və "Dəniz İpək Yolu".

Azərbaycan Prezidenti İlham Əliyev ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edən məhdud sayda dövlət başçılarından biri olub. Bəs dövlətimizin başçısının bu səfəri ölkəmizin "Bir kəmər, bir yol" təşəbbüsünün icrasında iştirakına və Azərbaycan-Çin ikitərəfli münasibətlərinin dərinləşməsinə hansı töhfələri verib?

Qeyd etmək lazımdır ki, Avrasiyanın mərkəzində, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan tarixi İpək Yolunun vacib ölkələrindən biri olub. Müasir dövrdə Azərbaycan öz tarixi ənənələrinə söykənərək, beynəlxalq ticarət dəhlizlərinin yaradılmasında fəal iştirak edir. Ulu öndər Heydər Əliyev Azərbaycanın coğrafi və iqtisadi imkanlarını düzgün qiymətləndirərək, ölkəmizin beynəlxalq ticarət daşımalarında fəal iştirakı ilə bağlı əməli işlər görmüşdü. Bu istiqamətdə onun təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakıda 13 beynəlxalq təşkilat və 32 dövlət nümayəndə heyətlərinin iştirakı ilə "ТRACECA - Tarixi İpək Yolunun Bərpası" Beynəlxalq Konfransı keçirilib. Məhz bu önəmli toplantıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq tranzit daşımalarının daha səmərəli təşkilinin hüquqi əsasları qoyulub.

Ümummilli Liderin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı ilə paralel, ölkəmizin nəqliyyat-tranzit potensialının müasirləşdirilməsi istiqamətində nəhəng işlər görülür. Azərbaycandakı 6 beynəlxalq hava limanı, Bakı yük terminalı, Ələt Ticarət Limanı, ən müasir yük gəmilərinə malik Xəzər dənizindəki yük donanması, 2017-ci ildə istifadəyə verilən və Avropa ilə Çin arasında ən qısa dəmir yolu bağlantısını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkəmizin nəqliyyat-tranzit sahəsində qısa müddətdə əldə etdiyi uğurlardır. Azərbaycan rəhbərliyi ölkəmizin coğrafi mövqeyi və yuxarıda qeyd olunan nəqliyyat-tranzit infrastrukturundan səmərəli istifadə etməklə, regionda və dünyada yük daşımalarında mövqeyinin daha da yüksəlməsinə nail olmaq üçün ciddi iş aparır. Təbii ki, bu istiqamətdə dünyanın ikinci iqtisadiyyatına malik olan Çin ilə əlaqələr xüsusi əhəmiyyətə malikdir.

Dünyanın ən böyük ixracatçısı və ən böyük ikinci idxalçı ölkəsi olan Çin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü "Bir kəmər, bir yol" strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan Çinin bu yeni təşəbbüsünün əməkdaşlıq, birgə inkişaf üçün yaratdığı imkanları düzgün qiymətləndirən, strategiyanı dəstəkləyən ilk ölkələrdən biri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə səfəri zamanı "Bir kəmər, bir yol" strategiyasının tərkib hissəsi olan "İpək yolu iqtisadi" kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan rəsmiləri müxtəlif görüşlərdə və beynəlxalq tədbirlərdə ölkəmizin bu təşəbbüsə təkcə siyasi dəstək verməklə kifayətlənmədiyini, həm də onun icrasına özünün iqtisadi potensialı və nəqliyyat-tranzit imkanları ilə əməli töhfələr verməyə hazır olduğunu bəyan ediblər. Prezident İlham Əliyev ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunun dövlət başçıları səviyyəsində "Daha parlaq birgə gələcəyin qurulması" mövzusunda çıxışında ölkəmizin "Bir kəmər, bir yol"a verdiyi dəstəyə və bu çərçivədə əməkdaşlıq imkanlarına toxunaraq deyib: “Üç il öncə Azərbaycan və Çin "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalayıb. Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır. Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq. Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Altı beynəlxalq hava limanı müasir nəqliyyat infrastrukturunun yaradılmasına növbəti töhfəmizdir. Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" Beynəlxalq Nəqliyyat Reytinq Agentliyi tərəfindən ən yaxşı regional hava limanı kateqoriyasında beş ulduza layiq görülüb. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə 3 ölkəni birləşdirən regional layihə deyil. O, eyni zamanda, qitələri birləşdirir, Asiya və Avropa arasında vacib bağlantıdır. Bu dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsidir”.

Dövlətimizin başçısı çıxışında Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycanın ərazisindən istifadə edə biləcəklərini vurğulayıb. Bildirib ki, müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla biz yalnız ölkəmizi mühüm nəqliyyat mərkəzinə çevirmədik. Eyni zamanda, biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verdik. Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. "Bir kəmər, bir yol" təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir.

Xüsusi qeyd etmək lazımdır ki, Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanın dövlət başçısının ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumuna dəvət olunması əslində Çinin də bu strategiyanın icrasında Azərbaycan ilə əməkdaşlığı dərinləşdirmək niyyətini göstərir. ÇXR Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyev ilə aprelin 24-də Pekində keçirdiyi görüş zamanı "Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Siz həm də "Bir kəmər, bir yol" layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən və bu işdə fəal iştirak edənlərdən birisiniz. Sizin ölkəniz Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır. Bizim əməkdaşlığımızın artıq bir sıra nəticələri var və bu əməkdaşlıq xalqlarımıza real fayda verir. Sizinlə birlikdə ortaq səylərimizlə "Bir kəmər, bir yol" layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazıram" fikirləri dediklərimizi təsdiq edir.

Beləliklə, dövlətimizin başçısının ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı, səfər çərçivəsində ÇXR Sədri Si Cinpin, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Yan, Çinin iri şirkətlərinin rəhbərləri ilə görüşləri həm Azərbaycan-Çin ikitərəfli əlaqələrinin inkişafı, həm də Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsündəki vacib mövqeyini aydın şəkildə göstərdi. Forum çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənədin imzalanması ölkələrimizin iqtisadi-ticari əlaqələrinin, xüsusən də "Bir kəmər, bir yol" strategiyası üzrə əməkdaşlığının böyük perspektivlərindən xəbər verir.

 

 

Son xəbərlər

Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar

Ərdoğanın müşaviri zərərsizləşdirilən raket haqqında: Türkiyə təhlükəsizlik tədbirlərini qətiyyətlə davam etdirir

İsrail ordusu İranın qərbini, ABŞ isə cənubunu hədəfə alır – əməliyyatın detalları

Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib

İsrail ordusu Beyrutda "Hizbullah"ın kəşfiyyat qərargahına zərbələr endirib

Bakıda hava yağmursuz olacaq, rayonlara qar yağacaq - PROQNOZ

MEDİA Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı çağırış edib

Keçən il Azərbaycan idmançılarının qazandıqları medalların sayı açıqlanıb

Xamenei ilə vida mərasimi bu gün başlayacaq, 3 gün davam edəcək

Qarayaxma kampaniyaları həqiqəti kölgədə qoya bilməz

Martın 9-da buraxılış imtahanında 58 mindən çox şagird iştirak edəcək

Tramp: Şahın oğlu İranda hakimiyyət üçün düşündüyümüz şəxslər arasında deyil

Gəncədə qəza olub, bir nəfər ölüb

ABŞ İranın 17 hərbi gəmisini məhv etdiyini açıqlayıb

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI

İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir

İlham Əliyev: Suriyaya 1,5 milyard kubmetr Azərbaycan qazının tədarükü biznesə töhfə verib

İran Oman sahillərində tankerə hücum edib, ölən var

ABŞ və İsrailin hərbi əməliyyatı nəticəsində İranda 787 nəfər ölüb

Ceyhun Bayramov pakistanlı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib

İsrail ordusu Livanın cənubunda bir neçə mövqe tutub

Ombudsman: Şəkərli diabet xəstələrinə göstərilən tibbi yardımın həcminin artırılması gündəmdədir

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb

Hafiz Məmmədov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Bütün xəbərlər