{category-title}

 

Qasım Qasımov

Mərkəzi Muğan Kollektorunun İstismarı idarəsinin rəisi 

 

Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri bölmələrinin yenidən üçtərəfli Bəyanatın şərtlərini, beynəlxalq hüquq normalarını, eləcə də Azərbaycan-Ermənistan dövlət sərhəddini pozaraq genişmiqyaslı təxribat törətmələri onların işğalçı siyasətindən əl çəkmədiyini bir daha bəyan etmiş oldu. Ermənistan növbəti dəfə bu təxribatı törətməklə revanşist niyyətindən hələ də kənarlaşa bilmədiyini bir daha göstərmiş oldu.

Cənubi Qafqazda sülhün bərqərar olmasına böyük əngəl törədən Ermənistanın genişmiqyaslı hərbi təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyyəti arasında itkilərin – şəhidlərin olması, hərbi infrastruktura vurulan zərbə, eləcə də işğaldan azad edilmiş ərazilərdə mülki şəxslərin həyatının təhlükə qarşısında olmasına görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında Ermənistanın bu təxribatının iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbə olduğunu bildirib. Buna görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan dövlətçilik tarixinin ən şərəfli səhifələri yazıldı. Müzəffər Ordumuzun rəşadəti, Prezident İlham Əliyevin Azərbaycana qarşı yönələn bütün diplomatik həmlələri yüksək peşəkarlıqla dəf etməsi sayəsində işğal altındakı torpaqlarımız düşmən tapdağından azad edildi.

Qeyd etmək lazımdır ki, 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərin Ermənistan tərəfindən necə yerinə yetirilməsi, xüsusilə Zəngəzur dəhlizinin açılması və bu kimi aktual məsələlər bu gün dünyanın diqqət mərkəzindədir. Bu gün regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı  bölgədə dayanıqlı sülhün yaranması və iqtisadiyyatın şaxələndirilməsinə öz müsbət töhfələrini verəcəkdir.

Əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan Cənubi Qafqazın geoiqtisadi, logistik mərkəzi kimi qəbul edilir. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan ölkəmiz müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir. Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərində yerləşən Azərbaycan bu imkanından istifadə etməklə qitələri və ölkələri birləşdirir.
Ölkəmizin ərazisindən keçən “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik hava dəhlizinə çevrilməsi üçün real imkanlar yaradır.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları təqdim edilərkən bildirdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-
Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.

İldə 15 milyon ton yükaşırma gücünə malik olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirən əsas həlqədir. 2022-ci ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən transit yüklərinin 50 faizə yaxın artması ölkəmizin təhlükəsiz və etibarlı tərəfdaş rolunun gücləndiyini göstərir. Xəzər dənizində 52 gəmi ilə ən böyük mülki yük donanmasına malik olan Azərbaycan dəniz ticarətində başlıca rol oynayır. 

Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan  İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. 
Azərbaycan  regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər isə ölkədə beynəlxalq hava limanlarının ümumi sayı 7-dən 9-a çatdırılacaq.

Azərbaycanın mövqeyi konkret və dəyişməzdir. Göründüyü kimi  beynəlxalq təşkilatlar – BMT Təhlükəsizlik Şurası və ATƏT-in Minsk qrupu Qarabağ məsələsində səmərəli fəaliyyətə imza ata bilməyib. Əks təqdirdə münaqişə 30 ilə yaxın həlledilməz qalmazdı. Beynəlxalq hüququn və tarixi ədalətin bərpası Azərbaycanın öz iradəsi, hərbi-siyasi gücü hesabına baş verib və bu gerçəyi heç bir qüvvə dəyişdirə bilməz.  Azərbaycan sülhpərvər missiyası, tolerantlığı, güclü milli ruha sahibliyi, iqtisadi potensialı ilə öz nüfuzunu dünyada möhkəmlədib və möhkəmlətməkdə davam edir.  Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. Çünki Azərbaycan beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan və nüfuz sahibi olan ölkələrdən biridir.  2019-cu ildən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik etməsi və ölkəmizin sədrliyinin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılması deyilənlərə əyani sübutdur.

Son xəbərlər

"Ərzaq məhsullarının qiyməti hədsiz dərəcədə artıb" - Deputat

Azərbaycan Ordusunun hərbçisi vəfat etdi

Şamil Bədəlov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Səlim Müslümov pulları bu qohumu vasitəsilə yığırmış

Kadırov "DXR Qəhrəmanı" adına layiq görüldü

İlham Əliyev Rusiyaya getdi

Mişel Əliyev və Paşinyala keçirdiyi Praqa görüşündən paylaşım etdi

Obudsmana yeni səlahiyyətlər verilir

Əliyevin Avropada 5 saatlıq döyüşü və qələbəsi – Praqa sənədinin DETALLARI

Sürücülərin NƏZƏRİNƏ! - Noyabrın 1-dən dəyişiklik qüvvəyə minir (VİDEO)

Azərbaycan nefti bahalaşdı

Azərbaycanda QHT sədri vəfat edib

Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib

“Qarabağ” azarkeşləri Yunanıstanda hücuma məruz qalıb – VİDEO

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etdi - İlkin razılıq + Yenilənib

Gələn ay İlham Əliyev, Paşinyan və Şarl Mişel arasında görüş keçiriləcək

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi

Prezident Praqada səfərdədir - Şarl Mişellə görüşür

Sentyabrda ermənilər 6 azərbaycanlını işgəncə ilə öldürüb

Azərbaycanda bu məhsul kəskin bahalaşdı - VİDEO

Bakı Dəmiryolu Vağzalında etiraz: Bir nəfərin halı pisləşdi – Video

Ermənistan mövqelərimizi atıcı silahlardan ATƏŞƏ TUTDU

Rusiya bu ölkələrə neft satmayacaq

Ən böyük amnistiya aktı gözlənilir - MÜJDƏ

Bütün xəbərlər