{category-title}

Arzuman Abbasov: Azərbaycan-Türkiyə dostluğu və müttəfiqliyi yüksək səviyyədədir

Arzuman Abbasov - “Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, iki qardaş ölkə öz siyasəti ilə bu birliyi daha da möhkəmləndirir. Təkcə tarixi Zəfərimizdən bugünədək Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını özündə ehtiva edən mühüm hadisələrə diqqət yetirmək kifayətdir. Sevincli, kədərli günlərində bir olan iki dost ölkə atdığı addımları ilə dünyaya birlik, həmrəylik mesajlarını ünvanlayırlar. 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən dünyaya “Azərbaycan tək deyil. Türkiyə yanındadır” mesajını çatdıraraq sonadək siyasi, mənəvi dəstəyini göstərən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər Paradında Prezident İlham Əliyevin yanında oldu və “Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir” bəyan etdi. Reallıq budur ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə yüksək səviyyədədir. Dövlət başçısı İlham Əliyevin avqustun 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirakı da deyilənlərin təsdiqidir.”

Dövlət başçısı İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə dəvətə görə minnətdarlıq ifadə edilərək ölkələrimiz arasında müxtəlif sahələrdə möhkəmlənən dostluq, müttəfiqlik münasibətlərinə bir daha diqqət yönəldildi, bölgədə postmünaqişə dövrü ilə bağlı fikir mübadiləsi aparıldı, eyni zamanda, iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu: “Azərbaycan-Türkiyə birliyi regionda sülhün və təhlükəsizliyin təminatıdır. Bu əlaqələr bütün türk dünyasının birliyində mühüm rol oynayır. Cənab İlham Əlyev daim bu çağırışı edir ki, gücümüz birliyimizdədir. İki qardaş ölkənin türk dünyasının birliyinə verdikləri töhfələr davamlılığı ilə diqqət çəkir.”

İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlardan bəhs edən Arzuman Abbasov vurğulayıb ki, keçirilən İslam Həmrəyliyi Oyunları bu hədəfə böyük töhfələr verir: “Azərbaycan 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Həmçinin 2017-ci il dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu iki mühüm hadisə Azərbaycanın islam həmrəyliyinin möhkəmləndirilməsində nə qədər maraqlı olduğunu, bunu əməli fəaliyyəti ilə təsdiqlədiyini nümayiş etdirir. “Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparmışdı. Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında isə 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.
İştirakçı ölkələrin, həmçinin idmançıların say tərkibində nəzərə çarpan artım da bir çox məqamlara işıq salır.”

İslam Həmrəyliyi Oyunları idman tədbiri olmaqla yanaşı, dünyaya birlik, həmrəylik, dostluq, qardaşlıq mesajlarıdır: “V İslam Həmrəyliyi Oyunlarının məhz Konyada keçirilməsi də təsadüfi deyil. Belə ki, Konya müxtəlif mədəniyyətləri bir araya gətirir. Açılış mərasimində təqdim edilən kompozisiyalar da özlüyündə günümüzün əsas çağırışlarını açıqladı. Dünya müsəlmanlarının həmrəyliyn gücü ilə birləşdiyi bir daha diqqətə çatdırıldı.”

“Ümumilikdə hər bir beynəlxalq əhəmiyyətli tədbir keçirildiyi məkan ilə yanaşı, mahiyyəti baxımından daim diqqətdə olur, geniş müzakirələrə yol açır” söyləyən Arzuman Abbasov bildirib ki, V İslam Həmrəyliyi Oyunlarının digər mühüm məqamı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə açılış mərasimində iştirak etməsidir: “Bu bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirirlər. Təkcə tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövrdə hadisələrin xronologiyasına diqqət yetirsək görərik ki, ən mühüm məqamlarda iki dost, müttəfiq ölkənin Prezidentləri çiyin-çiyinə dayanıblar. Azərbaycan-Türkiyə qardaşlığı, müttəfiqliyi əbədidir, sarsılmazdır. Nəinki Azərbaycanın, türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsi bu əlaqələrin gələcək inkişafının yol xəritəsidir”.

Son xəbərlər

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Putin Hindistana getdi

ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ

Şuşada ifaçılıq mərkəzi tikiləcək

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH

Azərbaycan və İraq neft-qaz əməkdaşlığını müzakirə edib

Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb

Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Beynəlxalq Türk Akademiyasının prezidenti: Azərbaycan böyük alimləri ilə fəxr etməlidir

Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib

Ermənistanda məcburi hərbi xidmət müddətini qısaltmaq təklif olunub

23 nəfəri daşıyan mikroavtobus kanala aşdı

KİV: İtaliya tərəddüdlərdən sonra Ukrayna ilə bağlı siyasətini dəyişib

“Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

"Dövlət xidmətləri haqqında" qanun təsdiqlənib

NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Azərbaycana səfər edib

"Sabah" Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb

Türkiyə, Azərbaycan, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi keçirilib

KİV: Ermənistanda Pakistanın səfirliyi açılacaq

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət veriləcək

KİV: Rusiyada “Drujba” neft kəməri yenidən partladılıb

Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq

Bütün xəbərlər