{category-title}

Kadr dəyişiklikləri regionlarda nəyi dəyişəcək? - AÇIQLAMA
Bölgələrdə aparılan son struktur və kadr dəyişikliklərinin əsas məqsədlərindən biri də rayonlarda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına nail olmaqdır. 
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, islahatlar bölgələrdə investisiya mühitinin daha da yaxşılaşdırılmasını və gizli iqtisadiyyatın minimumlaşdırılmasını hədəfləyir.
"Regionlarda yeni, xüsusən də ixtisaslı kadrlar üçün iş yerlərinin yaradılması çox vacibdir. Bu isə bölgələrə daha çox sərmayənin cəlb edilməsi məsələsini aktuallaşdırır. Yerli investisiya qoyuluşlarında bank kreditləri xüsusi paya malik olmalıdır. Bununla belə, rəsmi statistika təsdiq edir ki, hələ də banklar bölgələri maliyyələşdirməkdə çox da maraqlı deyillər. Mərkəzi Bankın məlumatına görə, bu ilin iyul ayında ölkə üzrə kredit portfeli 18 milyard 320 milyon manat olub. Kreditlərin 14 milyard 201 milyon manatı Bakı şəhərinin payına düşüb. Bu o deməkdir ki, ümumi kredit qoyuluşunun 77 faizindən çoxu Bakı şəhərinin payına düşür. 705 milyon manat kredit isə Abşeron-Xızı iqtisadi rayonun payına düşüb. Sözügedən iqtisadi rayon üzrə kreditləşməni nəzərə alsaq, verilən hər 100 manatlıq kreditin 81 manatı Bakı və Abşeronun payına düşür. Bütün regionlar isə bütövlükdə hər 100 manatlıq kreditin cəmi 19 manatına sahib ola bilirlər. Aydındır ki, özəl banklar kreditləşmədə müstəqil qərar verirlər və bu zaman risk amili daxil olmaqla fərqli faktorları nəzərə alırlar".
Deputat bildirib ki, inzibati yollar ilə bankları kreditləşməyə istiqamətləndirmək düzgün olmaz:
"Bununla belə, bir sıra inkişaf etmiş ölkələrin praktikasında olduğu kimi, bankların regionlarda biznesi maliyyələşdirilməsini stimullaşdırmaq çox vacbdir. Bu, bölgələrimizin daha çox maliyyə resursları əldə etməsinə və inkişafına təkan verə bilər. Monitorinqlər göstərir ki, bankların regionlara daha az kredit ayırmasının əsas səbəblərindən biri də rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizmi şərtlərinin ağır olmasıdır. Belə ki, banklar əksər hallarda kredit ayıran zaman paytaxtda girov tələb edilər ki, əksər yerli sahibkarların bu imkanları olmur. O baxımdan, girov mexanizmi təkmilləşdirilməli və regionlarda fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditləri həcmi artırılmalıdır. İnkluziv və balanslı iqtisadi inkişafın güclənməsi üçün regionlarda fəaliyyət göstərən sahibkarların ucuz kreditlərə çıxış imkanlarının artırılması vacib şərtlərdəndir".

Son xəbərlər

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Zelenski: "Yaroslavl" neft emalı zavoduna endirilən zərbə uğurlu olub

İranda Təbriz Günü qeyd edilib

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub

Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq

Tailandda məktəbdə atışmada ölənlərin sayı yeddi nəfərə çatıb – YENİLƏNİB

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

Bütün xəbərlər