{category-title}

Qabiliyyət imtahanı bu tarixdə keçiriləcək


Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar 2022-ci il iyunun 3-dən 6-dək Mərkəzin internet saytının müvafiq səhifəsində (https://eservices.dim.gov.az/erizemag/jurnalistikaanket) sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizədlər iyunun 8-də "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və iyunun 9-dan etibarən vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (30 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın “Şəxsi kabinet”inin hesabından çıxılır.

Bakalavrlar qeydiyyatdan keçərkən anket sorğusunu doldurmaqla yanaşı:

– özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarının skan edilmiş surətini, internet KİV-lərdə, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);

– təqdim edilən materialların müəllifə (bakalavra) məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışın skan edilmiş surətini də magistratura@dim.gov.az elektron poçt ünvanına göndərməlidirlər.

Bakalavrlar jurnalistika üzrə qabiliyyət imtahanında aşağıdakı sənədləri təqdim etməlidirlər:

– şəxsiyyətini təsdiq edən sənədi;

– “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;

– özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarını, internet KİV-lərdə, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);

– təqdim edilən materialların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı.

Qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan bakalavr imtahana buraxılmır.

Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanacaqlar.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir.

Qabiliyyət imtahanının quruluşu təxminən aşağıdakı kimidir:

1. Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların qiymətləndirilməsi;

2. Şifahi müsahibə və yazılı tapşırıq (təhlil, redaktə, əməli yazı və s.).

Qabiliyyət imtahanının qısa təsviri aşağıda verilir:

1. QİK üzvləri bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını nəzərdən keçirir, onları təhlil edir və qiymətləndirirlər.

2. QİK üzvləri imtahan verən hər bir bakalavrın ümumi dünyagörüşünü, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələd olmasını və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində ona müvafiq suallar verirlər. Müsahibənin gedişində komissiya üzvləri bakalavrın maraq dairəsini, erudisiyasını və şəxsi keyfiyyətlərini, KİV-lərdən xəbərdar olmasını, müasir publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, həmçinin obyektiv reallığın hadisə və təzahürlərini qiymətləndirməkdə müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran əlavə suallar və yazılı tapşırıq verə bilərlər.

Şifahi sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavr intellektual səviyyəsini, dünyagörüşünü, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, ədəbi dili, dil və nitq normalarını bilməsini, müasir dil normalarını pozan orfoqrafik, qrammatik, durğu işarəsi və nitq səhvlərini tapmaq və düzəltmək qabiliyyətini nümayiş etdirməlidir.

Bakalavrın hər bir bənd (hissə) üzrə cavabı 5 ballıq şkala üzrə qiymətləndirilir (2 bənd üzrə maksimal bal: 10). Hər bir bənd üzrə ən azı 3, ümumilikdə qabiliyyət imtahanı üzrə isə 6 və daha çox bal toplamış bakalavrlar imtahandan “məqbul” qiymət almış hesab edilirlər, proqram və ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı və jurnalistika üzrə ixtisaslaşmaları seçmək hüququ qazanırlar.

Son xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

Bazar günü Azərbaycanda 38 dərəcə isti olacaq

CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır

Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib

İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoyub

FHN həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib

Dünya bazarlarında neft ucuzlaşıb

Axtarışda olan 83 nəfər saxlanılıb

Qazaxda yol qəzasında 3 nəfər xəsarət alıb

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub

Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis - ŞƏRH

Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib

Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir - RƏSMİ

Kəlbəcərdə mina partlayışı olub

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?

Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir

İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib

Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib

Bütün xəbərlər