{category-title}

Magistraturaya qəbul imtahanının nəticələri məlum oldu - YENİLƏNİB

 

Magistraturaya qəbul imtahanında iştirakı nəzərdə tutulan 19885 bakalavrdan 256 nəfəri imtahana gəlməyib. Üç nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub. 

Bununla bağlı DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 96 bal olub. 

“Bakalavrların imtahan nəticələrinə əsasən bu il median göstəricisi 47,57 bal olub. Bu o deməkdir ki, imtahan iştirakçılarının yarısı (9810 nəfərdən çox) bu göstəricidən daha yuxarı bal toplayıb. Median göstəricisinin 48 bala yaxın olması imtahanda təqdim olunan test tapşırıqlarının bakalavrların bilik səviyyəsinə uyğun olmasını deməyə əsas verir.

Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcəkdir).

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 5 mart 2021-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 3-4 mart tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır”, - deyə məlumatda qeyd edilib.

16:33

Dövlət İmtahan Mərkəzi (DİM ) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının nəticələrini açıqlayıb.

Bakalavrlar iş nömrəsini 7727 qısa nömrəsinə SMS vasitəsilə göndərərək məlumat ala bilərlər.

Qeyd edək ki, fevralın 28-də magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılib.

İmtahanda iştirak üçün 19 885 bakalavr ərizə təqdim edib.

Son xəbərlər

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Bütün xəbərlər