{category-title}

Taleh Kazımov kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib. Hər iki təqdimata müsbət rəy komitə onları Milli Məclisin plenar iclasında müzakirə üçün tövsiyə edib.

 Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi təklif olunan Taleh Kazımov hazırda "PAŞA Bank" ASC-nin Baş İcraçı direktoru və İdarə heyətinin sədridir.

Taleh Kazımov ənənəvi və rəqəmsal bankçılıq sahəsində kommersiya və investisiya bankçılığı, kredit və risklərin idarə olunması üzrə geniş təcrübəyə malikdir. O, 1 iyul 2015-ci il tarixində PAŞA Bankın Baş icraçı direktoru və İdarə heyətinin sədri vəzifəsinə təyin olunub. Öncəki dövrdə T. Kazımov PAŞA Bankın Baş investisiya inzibatçısı və İdarə heyətinin üzvü qismində çalışıb və tabelçiliyində biznesin inkişafı, institusional və investisiya bankçılığı, korporativ və KOS-bankçılıq, və risklərin idarə olunması sahələri olub. O, PAŞA Banka 2007-ci ildə Risklərin idarə edilməsi departamentinin meneceri olaraq qoşulub, 2009-ci ildə isə Bankın Xəzinədarlıq departamentinin direktoru vəzifəsinə yüksəlib.

Maliyyə sektorunda peşəkar karyerasına 2004-cü ildə Bank Standard-da Xəzinədarlıq departamentinin aparıcı mütəxəssisi qismində başlayıb, daha sonra isə Uçotun idarə olunması və büdcə planlaşdırılması seqmentinin rəhbəri, Korporativ kreditləşmə seqmentinin direktor müavini vəzifələrində çalışıb. Eyni zamanda, 2006-cı ildə "Ernst and Young" şirkətində auditor vəzifəsində də işləyib.

Ali təhsilini 2000-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatlaşma və Kompüter mühəndisliyi" fakültəsində almışdır. Həmçinin, o, Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə və ABŞ-ın Georgia State Univercity-ində maliyyə sahəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Bundan başqa, T.Kazımov 2010-cu ildə London Biznes Məktəbinin (Böyük Britaniya) və 2012-ci ildə Harvard Biznes Məktəbinin (ABŞ) yüksək ixtisas proqramlarını (“Senior Executive Programme”) müvəffəqiyyətlə bitirmişdir.

Taleh Kazımov 2015 – 2018-ci illərdə “PAŞA Bank Gürcüstan” ASC-nin Müşahidə şurasının üzvü, 2015-2019 illərdə isə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar şurasının üzvü və Vitse-Prezidenti olmuşdur.

2019-cu ilin aprel ayında Avropanın nüfuzlu “EMEA Finance” jurnalı tərəfindən “European Banking Awards” mükafatı çərçivəsində Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə 2018-ci ilin yekunlarına görə “İlin ən yaxşı Baş icraçı direktoru” adlı mükafata layiq görülmüşdür.

Son xəbərlər

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

FHN: Küləkli havada dənizə girmək təhlükəlidir

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Ukrayna PUA-ları Yaroslavl vilayətində Rusiyanın ən iri neft emalı zavodlarından birini hədəf alıb

Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

“Qızıl top”a əsas namizədlər bəlli olub

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub

Bütün xəbərlər