{category-title}

Elman Rüstəmov deputatı necə bitirir... - QALMAQAL

 

Xahhüseyn Kazımlının oğlu Fəxri Kazımovun Mərkəzi Banka sədr getmək həvəsinə düşməsi Elman Rüstəmovu ata və oğula qarşı çıxmağa vadar edib.

Son günlər Azərbaycan parlamentinin əməkdar üzvlərindən biri Xanhüseyn Kazımlının “vurulması” prossesinə başlayıb. Hər halda iki gün dalbadal Xanhüseyn Kazımlının mətbuatın manşetlərinə daşınması bundan xəbər verir. Bəs yaşlı və xəstə Xanhüseyn Kazımlının “vurulması” və nüfuzdan salınması kimə lazımdır?

Bu barədə PİA.az-ın əldə etdiyi məlumata görə Xanhüseyn Kazımlının “vurulması”nın pərdə arxasında Mərkəzi Bankın sədri Elman Rüstəmov dayanır. Belə ki, Xahhüseyn Kazımlının oğlu Fəxri Kazımovun Mərkəzi Banka sədr getmək həvəsinə düşməsi Elman Rüstəmovu ata və oğula qarşı çıxmağa vadar edib.

Əldə etdiyimiz məlumata görə Xanhüseyn Kazımlı bu günə qədər göstərdiyi xidmətlərin əvəzinə oğlunun Mərkəzi Bnaka sədr gətirilməsini xahiş edib. Eyni zamanda Fəxri Kazımovun da orda-burda Elman Rüstəmovun arxasınca danıışmasını Elman Rüstəmova çatdırıblar və bundan sonra Elman Rüstəmov ata və oğulun nüfuzdan salınması üçün təbliğata başlamaq təlimatı verdiyi bildirilir.
Araşdırma nəticəsində məlum olanda ki, Xanhüseyn Kazımlının ailə üzvləri girov müqabilində külli miqdarda kredit götürüblər və bu kredit aylardır ki, ödənilmir, fazilər üst-üstə yığılıb qalıb. Krediti verən bank da Fəxri Kazımovun qorxusundan sanksiya tətbiq edərək girovu Xanhüseyn Kazımlının qohumlarından ala bilmir. Məsələ Elman Rüstəmova məruzə edildikdən sonra bunu fürsət bilən Mərkəzi Bankın sədri dərhal sanksiya tətbiq edilməsi barədə göstəriş verib. Nəticədə bank sözü keçən villanı Kazlmlılar ailəsindən alaraq özününküləşdirib. Eyni zamanda bu barədə məlumat mətbuata ötürülüb.

Qeyd edək ki, Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədridir. O bu vəzifəyə 2017-ci ildə təyin edilib. Bir çox maliyyə qurumlarında çalışan Fəxri Kazımov eyni zamanda Fəxri Kazımov Elman Rüstəmovun köməkçisi, daha sonra isə Milli Bankın İcra Aparatının rəhbəri də olub. 2008-ci il yanvarın 17-də Milli Bankın nəzdində Azərbaycan İpoteka Fondunun icraçı direktoru vəzifəsinə təyin olunub. 2017-ci ildə isə prezidentin fərmanı ilə İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.

Fəxri Kazımovun karyera yüksəişində baş bankirin müstəsna xidmətləri var. Lakin bütün bunları unudan Kazımlılar ailəsi Rüstəmova qarşı belə bir addımlar atıblar. PİA.az

Son xəbərlər

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Nazirlər Kabineti təmərküzləşmə ilə bağlı qaydaları təsdiq edib

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Bütün xəbərlər