{category-title}

 

FHN vətəndaşlara müraciət etdi

 

Azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarında aidiyyəti dövlət qurumları ilə yanaşı Fövqəladə Hallar Nazirliyi də bilavasitə iştirak edir.

FHN-dən verilən məlumata görə, ötən müddət ərzində dövlət qurumlarının əlaqəli fəaliyyəti sayəsində böyük ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, bu ərazilərdə hal-hazırda yenidənqurma və quruculuq işləri sürətlə davam etdirilir. Həyata keçirilən tədbirlər həmin ərazilərin əsl sahibləri olan soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdacağı günü daha da yaxınlaşdırır.

“Bununla belə, hələ də işğaldan azad olunmuş ərazilərdə böyük həcmdə mina və partlamamış hərbi sursatlar qalmaqdadır və hazırda aidiyyəti dövlət strukturları, o cümlədən Fövqəladə Hallar Nazirliyi bu təhlükənin tam aradan qaldırılması istiqamətində əlaqəli şəkildə fəaliyyətlərini fasiləsiz olaraq davam etdirirlər. Bununla bağlı səbr, təmkin göstərən, hər şeydən vacib olan təhlükəsizlik məsələlərinə anlayışla yanaşaraq dövlətin müəyyən etdiyi qaydalara diqqət və hörmətlə yanaşaraq işğaldan azad olunmuş ərazilərə qeyri-qanuni səfərlərdən çəkinən hər bir vətəndaşımıza təşəkkür edirik.

Təəssüflə qeyd edirik ki, mina və partlamamış hərbi sursatlarla yanaşı, işğaldan azad olunmuş ərazilərdə mənfur düşmən tərəfindən kustar üsulla hazırlanmış çoxsaylı partlayış təhlükəli əşyalara da rast gəlinir. Belə ki, müxtəlif təyinatlı və fərqli əşyaların (məişət, təsərrüfat əşyaları, uşaq oyuncaqları və s.) içərisinə yerləşdirilmiş partlayıcı maddələr kiçik toxunuşla böyük faciələrə yol aça bilir. Bu tip əşyaların ən böyük təhlükəsi isə onların xarici görünüş baxımından aldadıcı olması, bir çox hallarda uşaqlar üçün cəlbedici və maraqlı görünməsidir. Müxtəlif meteroloji amillərin təsiri nəticəsində, o cümlədən lokal sel və daşqınların gətirməsi ilə belə əşyalara işğaldan azad olunmuş ərazilərə yaxın yaşayış məntəqələrinin ətrafında da rast gəlinir.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi işğaldan azad olunmuş ərazilərə yaxın yaşayış məntəqələrində yaşayan vətəndaşlarımıza müraciət edərək, rast gəlinən hər hansı yad, naməlum əşyaya toxunmadan dərhal Fövqəladə Hallar Nazirliyinin “112” və ya Daxili İşlər Nazirliyinin “102” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir. Xüsusilə uşaqların nəzarətsiz qoyulmaması, göstərilən məsələlərlə bağlı onlarla ailə daxilində daim maarifləndirici söhbətlərin aparılması təhlükəsizliyin təmin olunmasına mühüm töhfədir“ - məlumatda deyilir.

 

Son xəbərlər

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Putin Hindistana getdi

ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ

Şuşada ifaçılıq mərkəzi tikiləcək

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH

Azərbaycan və İraq neft-qaz əməkdaşlığını müzakirə edib

Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb

Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Beynəlxalq Türk Akademiyasının prezidenti: Azərbaycan böyük alimləri ilə fəxr etməlidir

Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib

Ermənistanda məcburi hərbi xidmət müddətini qısaltmaq təklif olunub

23 nəfəri daşıyan mikroavtobus kanala aşdı

KİV: İtaliya tərəddüdlərdən sonra Ukrayna ilə bağlı siyasətini dəyişib

“Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

"Dövlət xidmətləri haqqında" qanun təsdiqlənib

NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Azərbaycana səfər edib

"Sabah" Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb

Türkiyə, Azərbaycan, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi keçirilib

KİV: Ermənistanda Pakistanın səfirliyi açılacaq

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət veriləcək

KİV: Rusiyada “Drujba” neft kəməri yenidən partladılıb

Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq

Bütün xəbərlər