{category-title}

Şahin müəllimin fəaliyyəti təqdirə layiqdir

 

    Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.

    Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və  həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Şahin müəllim, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb Şahin müəllim, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Şahin müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Şahin müəllimi tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi  peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

   Hər kəsə bəllidir ki, Şahin müəllim yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir  edən əsas səbəblər olub. Şahin müəllim, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Şahin müəllim elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

   

O da hər kəsə bəllidir ki, Şahin müəllim yüksək elmi savada və texniki biliyə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəblər üzündəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları da əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması, məhz Şahin müəllim hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini də göstərir. Şahin müəllim ona həvalə olunan hər bir işin öhdəsindən yüksək professionallıqla gəlməyi də bacarır. Bəli, o, bugünə kimi hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Şahin müəllimin  əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir.

 

Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarındaŞahin müəllim haqqında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan sərsəm açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, Şahin müəllim haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. Belə bir addımların atılması onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar. Düşündürücü hal odur ki,

 

Şahin müəllim barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.

Son xəbərlər

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb

Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

Şəmkirdə 11 nəfər salatdan zəhərləndi

Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

"Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

İlham Əliyev Ərdoğana Türkiyədə "Demokratiya və Milli Birlik Günü" münasibətilə məktub ünvanlayıb

Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək

Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

Bütün xəbərlər