{category-title}

 

Tokio-2020: Bu gün 3 idmançımız mübarizə aparacaq

 


"Tokio-2020" Yay Paralimpiya Oyunları davam edir. Paralimpiadanın səkkizinci günündə - sentyabrın 1-də Azərbaycanın 3 idmançısı mübarizə aparacaq.

Yarış günündə idmançılarımızdan 1-i atletika və digər 2-si isə üzgüçülük yarışlarında güclərini sınayacaqlar. Atletimiz Elmir Cəbrayılov 400 metr məsafəyə qaçış yarışlarında iştirak edəcək.

Təmsilçilərimiz Dana Şandıbina və Vəli İsrafilov 100 metr məsafəyə brass üsulla üzgüçülük yarışlarında mübarizə aparacaqlar.

Azərbaycan komandasının hesabında 15 medal var. Onlardan 10-u qızıl, 1-i gümüş və 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.
Yüz metr məsafəyə arxası üstə və sərbəst üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışlarında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışlarını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Azərbaycan medal qazanan 80 ölkə arasında 10-cu pillədə yer alıb.“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 35 idmançı təmsil edir. Atletlərimizin 23-ü kişi və 12-si qadındır. XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Son xəbərlər

Memar Əcəmi stansiyasının 4-cü çıxışı müvəqqəti bağlanacaq

Cahangir Hacıyevin mühafizəçisinin oğlu ağır cinayətdə İTTİHAM OLUNUR

“TikTok”da yarış təşkil edən Azər Zahid və köməkçisi barədə cinayət işinə xitam verilib

Azərbaycanda 149 uşaq övladlığa verilib

Maaş və pensiyalarda bu qədər artım olacaq - Deputat AÇIQLADI

Təcili Tibbi Yardım Stansiyasının həyətində meyit tapıldı

Aqrar fəaliyyətlə məşğul olan obyektlərin tikintisinə icazə təsdiqləndi

Leyla Əliyeva Maskatda Oman Sultanlığının Vəliəhdi ilə görüşüb

“Liverpul” - “Qarabağ” oyununun biletləri satışa çıxarıldı

5 milyon manatdan çox qaçaqmal tutuldu

Ötən il Səfərbərlik Xidmətinin 172 əməkdaşı məsuliyyətə cəlb edilib

"Qayınana" filminin ssenaristi Marqarita Maleyeva vəfat edib

Rəcəb Məmmədov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Orta məktəblərdə 5 gün dərs olmayacaq

BİZİM TƏQVİM: Yanvarın 6-da baş vermiş tarixi hadisələr

Heydər Əliyev Fondunun vitse-prezidenti Omanın birinci xanımı ilə görüşüb

Leyla Əliyeva Maskatda Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzini ziyarət edib

Salyanda yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Prezident yerli televiziya kanallarına müsahibə verdi - Fotolar

Prezident: Xristian həmvətənlərimiz ümumi evimiz Azərbaycanın çiçəklənməsi naminə səylərini əsirgəmirlər

Masallıda kənd məktəbində yenidənqurma işləri tamamlanıb

Şagirdlərin pulsuz dərsliklərlə təmin olunmasına ayrılan məbləğ açıqlanıb

Ukrayna lideri Avstraliyanın Baş naziri ilə ölkəsinə hərbi yardımı müzakirə edib

Özbəkistanda avtobus aşıb, iki nəfər ölüb, doqquz nəfər yaralanıb

Bütün xəbərlər